Kishore Kumar Hits

BADCLAUSE - Məktub lyrics

Artist: BADCLAUSE

album: Sonuncu Səhifə


Salam... danışan elə həminki adamdır,
Uşaq ürəkli, amma biraz da kobud olan qocamandır.
Rəvadırsa,danışacam bir şey haqqda, elə biz barədə,
Ağıla gələn min bir əzab, canıma gəlib sadəcə.
İstəmədiyim o yerdəyəm, istəmədiyim haldayam,
Yarımçıq qalan içkiyəm, boş süfrədə dardayam.
İzim yoxdur, nə də tozum. Mən hardayam?!
...onun maraq dairəsindən kənardayam.
Necə bir əzabdır, ya necə əziyyətdir, necə bir eşqdir bu?
Nəfəs nəfəsə dayaq ola bilmir, daralır boşluğum.
Bəlkə son ayrılığın idi, tənhalığıma tək sübut,
Fərqli tərəfə getsək də, biz eyni yolda yorğunuq.
Durğunuq biraz, tənha çaylar kimiyik,
Təbiət bizi sevmir, biz barsız ağaclar kimiyik.
Quruyan torpağıq, sınıq budaqda yarpaq kimiyik,
İnsan insana rast gələr, amma biz dağlar kimiyik.
İki divanə bir dəryada, hekayə oldular bir misalə,
Birisi axmağın biridir, amma birisinə heyran aləm.
Qalıblar eyni dərd içrə, ümidsizcə, biçarə,
Üzə bilməsələr də, batmağa Rəbb verməz icazə.
Bəlkə də bir sınaqdı, şair və şeiri tək qalıb,
Sözlər vərəqə təslimdir, bir cüt ayaq səs salıb
Gəzir yanağımın üstündə, naxış çəkir, nəm salır,
Cavan çəkilən üz cizgiləri idi, səhvi rəssamın.
Necə yaraşdıra bildi yad birinə bu qədər doğmalığı?
Necə başa sala bildi, bir yarıda sevginin olmadığın?
O zalıma aldanan anda bağlandı yolu fağırın,
Sonuncu boş səhifəm idi bu, yazdığım son nağılım.
Sonu kədərli. Son qədəhi bir ömürə bədəl edər mi sevgi?
Yüzü hədərdi bir nəfərə. Bir dəfə də mənlə bir gedərdi
Bu yolu, necə kəsəkli-daşlı olduğunu görəydi gərək,
Məni tək görəydi gərək, üzümə qəm hörəydi fələk.
İçimdə bağırtılar baxışlarıma pərdə asıb,
Görə bilmirəm həqiqəti və geyinirəm səhv libası.
Əsir əllər, donuram istidə, nə qışım var, nə yazım,
Həmişə su içdiyim quyuda, məzarımı tapdım, qısası.
Ömür bu nöqtəyə düyünlənibdir bir dəfəlik,
Üzündə gülüş saxla və xatırlama kinlə məni.
İnan yüz sevənin yaşayar, amma uğruna ölər biri,
Özünə yaxşı bax, hələlik.
İmza: Sevgilərlə Miri.

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists