Kishore Kumar Hits

BADCLAUSE - Güzgüdə Bir Kəs lyrics

Artist: BADCLAUSE

album: Sonuncu Səhifə


Yenə də eyni cümlələr, yenə də eyni cürünə mən
Yazıb doldururam özümçün sonluğu düşünmədən
Ciyərlərim tüstü dolub, yenə tütün bütün bədən
Gərək ki, çökməsin dizim qocalıb bel bükülmədən
Mən yarı dostlarımla birgə, yarı kimsəsiz
Sadəcə danışmaq istəyirəm bir az hamı dinləsin
Məni hər bir şeydən soyutdu intizarı bir kəsin
Artıq heç bir şey ifadə eləmir o alqışın səsi
Gərəksiz böyük səhnələr, gərəksiz bu qədər mahnı
Gərəksizdir xoşbəxtlik, hansı ki dərmanı dərd yazmaqdır
Bəlkə, yaxşı olaram, amma əvvəlkitək gülmərəm əsla
Ya mən yanlış tablodayam, ya içkilidir rəssam
Nədən yazım, nəyi izah etməyə çalışım?
İtirdim hər şeyimi, itirdim içi sən qarışıq
Sətirlərimin hər qarışı bezib artıq mürəkkəbimdən
Təbiət küsüb səndən, ətrini daha külək gətirməz
Ruhlar bir bədəndə, ayrı evdə eyni otaqda
Keçən günlərimiz keçmiş indi, bu günsə tənha
Bircə sual var ki, sevgi yoxsa qəlbimi saxta?
Ölsə də qəlbdə sevgi ümidvaram şərəfini satmaz
İçimdən bir səs gəldi ki, çox səhv etmisən axmaq
Hər şey maraqlıykən arzum idi yetmişə çatmaq
İndi kədərliyik danışıb ancaq keçmiş həyatdan
Güzgüdə bir kəs var, məndən öncə bezmiş həyatdan
Son dəfə nə vaxt ürəkdən güldüyüm belə yadıma gəlmir heç
O qədər uzağam yəni xoşbəxtlik anlayışından
Həm də səndən uzaq, nəysə, məni boş ver, amma
Tapdığın hər şamı əritmə, gün gələr ki, yanmaz işıqlar (yar)
İçində qərq olarsan həmin zülmətin
Dönüşüm mümkün olsa məhv edərəm qəmli günləri
Təki bircə dəfə istə, öldürərəm sən üçün məni
Nə olsun ki, həyat nöqtələrə çeviribdi vergülləri?
Hər dəfə deyirsən gələcəm
Köhnə günlərin xatirinə
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə
Bağışla hər dəfə yazıram
Qovuşmaq asandır, unutmaq çətin
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir
Bu sәnә yazılan 20-ci әsәrdi ilk sәhifәdәyәm
Sәn hәmişә qәdri itirdin vә heç olub әldә dәyәr
Xoşbәxtlik günәşdir, mәn illәrdir kölgәdәyәm
O gəzəndә qıraq gәzir ki, birdәn әli әlimә dәyәr
Bilmirәm. Qәlbimi qırdın niyəsə
Bax indi ayağa qalxa bilmirәm heç, vurdun deyә sәn
Sәtrimi elә yazıram ki, sonunda "susdum" deyәsәn
Vicdanın nә olduğunu mәni tanıyanda unudub, deyәsәn
Mәnә "sevirәm" dedi, baxaraq üzümә, xәtri korlayıb
Necә bir eşq yaşadıq heç otağıma әtri dolmayıb?
Qadınım xәyanәtlә puç elәmişdi eşqin on ayın
Vә Asu yazdığım heç bir sәtrimә layiq olmayıb
Bu mahnı sәnsizlik, ayrılıq vә qәmә yazılıb
Vәrәqin bir kәndiri var, ucunda qәlәm asılıb
Bilirdim ki, hәr şeirimi eşitdikcә sevinirsәn
Get indi bunu rәfiqәlәrinә dinlәt, de ki, "mәnә yazılıb"
Dedim ki, yanımda şәrfin, gecәlәr narahat yatıram
Mәn sәni sevdim mәhәbbәt eyib olanda
Pәncәrәmdә pәrdә öldürür sәmanın hәr bir tonunu
Sübhdәn sәn özgәnin sabahlarına xeyir olanda
Bәs indi xeyir ola onda? Sözün dә tutammırsan
Bilәrәk vurub yıxma yarı cәfadan usanmırsa
O qәdәr gözәl varkәn, bir tәk sәni şeir etmişdim
Sәnsә rәdd olub getdin, hələ də özündәn utanmırsan
Hər dəfə deyirsən gələcəm
Köhnə günlərin xatirinə
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə
Bağışla hər dəfə yazıram
Qovuşmaq asandır, unutmaq çətin
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir
Gecələr gündüzümlə qarışıb yenə axır vaxtlar
Bax indi gedib hamı, demişdim axı sən buraxma
Ən yaxın dostlardan xeyir olmadı hamsı saxta
Səndən uzağam hələ də, amma ki xatirə qalmayıb otaqda
Hər gün eyni dərdi çəkən bulaq idi gözlər yaşımla
Sadəcə bir baxışa görə qalmışdın yaddaşımda
O mahnının yazılmağına səbəb sən idin ən başında
Çoxdan yadlaşmısan heç, fərqin yoxdur başqasından
Əhvalım yaxşı deyildi, hiss olunurdu sətrimdən
Sən ilham pərisiydin, şair ölürdü dərdindən
Həyatın bir otağı var idi, dolmuşdu ətrinlə
Demişdim axı istəsəydin cənnəti gətirərdim mən
Ayrıdır tökülәn saçları mavi әlbisəsindәn
Gözümdәn axıb xatirәlәr batdı qәm dәrәsindә
Mәnә qulaq asanda gülür üzü otağın pәncәrәsindә
Nә qәdәr darıxdığımı başa düşüb kәdәrli sәsimdәn
Hər dəfə deyirsən gələcəm
Köhnə günlərin xatirinə
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə
Bağışla hər dəfə yazıram
Qovuşmaq asandır, unutmaq çətin
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir
(Hər dəfə deyirsən gələcəm
Köhnə günlərin xatirinə
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə
Bağışla hər dəfə yazıram
Qovuşmaq asandır, unutmaq çətin
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir)

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists