Kishore Kumar Hits

BADCLAUSE - Unutdun lyrics

Artist: BADCLAUSE

album: Sonuncu Səhifə


Sənsiz uzaqların da rəngi ayrı, sənsiz ulduzların rəsmi aydın,
Utanmasam səni unudardım, nə olsun ki, sənsizəm düz bir aydır?
Rəqs eliyərdi qələm boş səhnədə, göz yaşlarım onu alqışlayardı,
Axrına çıxmasaydı əgər eşqin, bəlkə bi' gün məni bağışlayardı.
Geri dönüb alarmı qəm-kədərimi? Mən həmənki divanə, biraz dəli,
Bir afətin qəlbisə viranədir, iki cahan bu canıma sığar çətin.
Sənsiz ölərəm – deyəndən sonra qorxutmuşdun o gün bir az məni,
Ertəsi gün ayrılanda yollarımız nə mən qorxmadım, nə sən ölmədin.
Ayrı dünyalardayıq, ayrı röyaların adamlarıyıq ayıq-sayıq,
Aşiq uçurumdaymışıq biz, ümidimiz dəniz, amma çoxdan batıb o qayıq.
Yenə dardayıq... sökülmüş hörüklərinin təlaşıyla yoldayıq,
Uçurumların bir addımlığında yaralı qanadlarla intihardayıq.
Biz ölmüşük həftələr öncəsindən, bədən didərgin, boş qalıb məzar,
Gələ bilmədik öhdəsindən bu hisslərin və ayrılıq oldu tək cəza.
Yorğunam daha, sevdiyim o yardır qəlbə köz basan,
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar."
(Kamil Samedli):
Unutdun... bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.
Unutdun... mənli xatirələr solub saraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.
Susur gözlərim ətrafa baxmır, başqasını sənlə səhv salar deyə,
Uzaqda yanaqların quruyar, burda dolub daşanda dəryalar selə.
Ruhum otağında, ürəyim sənlədir, yəni boş bədəndə tənhayam yenə,
Alın yazımızda yuxu kimi bu tale, yoxdur bir oyadan röyadan belə.
Sevgi isti öpüş istər yanağa, sevirəm – deyə quru səslə olmaz,
Getsin hamı, gedən təki sən olma, bil, səndən özgə yeni səhifəm olmaz.
Qəmlə dolan badələr intizarla adını çəkdirər, səhvən olmaz,
Yolumda yüz viran ürək həsrətdədir, hamısını yığsan bir sən olmaz.
Səsin qürbətdə, siman xəyalımda vətənindəkitək ürəkdən gülür,
Yad ocağına qığılcım oldu tər gülüm,
Bir o qızdan özgə hər gedən dönüb.
Tək keçən ömür, qələmsiz vərəq kimidir, sənsiz heç dadı-duzu yoxdur,
Sənsiz həyata kor baxan gözümün səması var, amma ay-ulduzu yoxdur.
Göz yaşım düşən torpaqda şeir bitdi, sətirləri dəstələdim sənə,
Ovucuma sığmır hisslərim, amma mən dualarımı həsr elədim sənə.
Dərk elədim ki, mən siman cənnətim, eşitdiyim incə səsin azan,
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar."

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists