Artıq baxışlarında o vaxt ki ifadə yoxdu Artıq sənə qarşı olan hisslərimi adı yoxdu Artıq sözlər belə yarım qalıb ardı yoxdu O vaxtı geri dönə bilərdi artıq ixtiyarı yoxdu Əlimi tutmağa, yox ixtiyarı unutmağa Keçən o gözəl günləri, xatirələri qırağa atmağa İtirib gül camalındakı qəmzəsin hər gün ağlamaga Özlüyündə üzüdə qalmıyıbdı artıq üzümə baxmağa Dəyişib saç düzümünü, dəyişib gülüşlərini Bu dəfə başqasıda yoxduki gəlib quruda dənizlərini Tənhslıqsa qəliz gəlmir ona çünki o itirib daha saf hisslərini Geriyədə dönə bilmir qarışdırır ayaq izlərini Yoxdu bir dəvası dərdinin, yoxdu çarəsi Boğulur öz bağırtılarında yox duyan naləsin O itirib artıq ailəsin öz yalan dolanlarında Güvəni də qalmıyıb özünə qarşı addımları iradəsiz Ovuclarıma sığınan cümlələrin intizarıdı bu Səmaya qalxan ruhumun ürəyimə fəryadıdı bu Cəhənnəm izdirabıdı bu hansı ki yandırır canımı Əzəldən günah idi bu indi yorur vicdanımı Bəlkə də əvəlki vaxtlara geri dönmək istəyərdim Həmin ki skameykada həminki həyəcanla Yolunu gözləyən o insanın yerində Olmaq istəyərdim mən həminki tənhalığımla Heyif ki pozduğumuz andlar buna imkan vermir Nə qədər sadə görünsədə ayrılıq canımdan can alır bugün Məhəbbətə kör gözləriylə baxan insan sevmir O insanın yeridi ki ürəyidə boş qalıb bugün Doğma prospektdən yad biri kimi ötüb keçmək Bu küt nəzərlə kəsilmir soyuğ addımların ardı İslanmış səkidəki ayaq izlərini ayırd etmək Bu küçədən hər keçdiyimizdə məni qucağlıyardı Birinci dəfə məhz bu yerdə toxunmuşdum əllərinə Sakitcə qucağlıyıb eşqi etiraf eləmişdim Utandığımnan baxa bilməmişdim gözlərinə Ama necə sevindiyimi ilk öpüşdən hiss eləmişdi O gündən ümidlərimi azad elədim boz səmaya Artıq üzülməyim üçün bir səbəb qalmamışdı Bu gedişlə sevgimiz addım atdı düz bir aya Gecə təbrik mesajı yazanda sevincdən ağlamışdım Yəqin onada xoş gəlirdi körpə tək sevilməyi O gənc yaşımda uşağlıgımı geriyə qaytarırdı Ən dar vaxtlarında belə ikimizi bir düşünməyi Məni məndən alıb ayrı bir yerə aparırdı Bakının küçələrində Paris'də imişik kimi gəzmək Yorgun halının ardınnan üzümə gülüş səpir Hər gün eyni küçədən ilk dəfə imiş kimi keçmək Həmin ki həyəcanı duymağ birazca gülümsədir İkinci ayı geridə qoyduq biraz soyuğluq var idi Çünki təkcə sevgi bəs eləmirdi bəzi şeylər üçün Üzülməyini isdəmirdim həyatı yaxşı olmalıydı "Canım hər şey düzələcək" deyirdim gözlərindən öpüb Nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı Elə bil kimsə əlindən bütün ümidlərini almışdı Mən yenə yanında olmağa calışırdım pis, yaxşı Ama bunu hiss edə bilmirdi, mənidə yadırğamışdı Beləcə ötüb keçən hər gün dahada pisləşirdi Hətta günahıda özümdə görməyə başlıyıdım Hər şey düzəlmək əvəzinə dahada qəlizləşirdi Artıq münasibəti ayaqda tək saxlıyırdım Get gedə azalmışdı görüş günləri Mən mesaj yazmadığca qürur eliyib salmırdı yada Gözümnən gözün qaçırdır, yalandan gülüşlərindən Başa düşürdüm ki əvvəlki kimi sevmirdi daha məni Nə biləydim ki sonunda ayrılıq var bu çağların Heyf ki bu qədər xoşbəxtlik ona dərd olmuşdu Mən ayrı qalmağ isdəmirəm deyib bərk qucağlıyıb Barışmağ isdiyəndə o nöqtəni çoxdan qoymuşdu O günün axşamında qaraladığım 5-6 cümlə O qədər yaşanılmışlıglarımıza tamam tərs gəlir Sonuncu görüşümüzdən ötüb keçən 16 gündə Hər gün evə gəlməyini sakitcə izlədim sənin Nə deyim çox darıxmışam təbəssümün üçün Çün ki bu məni xoşbəxt edən yeganə şey idi Artıq bəhanəmdə yoxdu yolunu gözləməyimçün Çünki o görüşə gecikib özgə birini gözlədir indi Mən özümü sənlə birgə təsəvvür etmişdim Məni sənsiz görən insanları kor olub deyə düşünürdüm Nə qədər yanıldığımı çox gec dərk etmişdim mən Sən demə xəyalındakı sevgin deyilmiş ömürlük Kiçik bir boşluğu səhfən böyük sevgi ilə doldurub Çoxdan həddini aşmışdım eşq ehtiyacının Sənə günəş olmuşdum mən, özgə çiçəyi soldurub Bu ömür baxçasında bircə səndə görüb əlacımı Bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu Bu adam mən deyiləm, axı bunu sən yaratmısan Hələdə gəlib gedir səni soruşur mənnən çoxsu Sənsə məndən əlçəkib özgə könlünə yatmısan Ən gözəl bəhanən idi sənin məni uzağda görməyin Hər şey yola düşə bilərdi ayrılıq olmamalıydı Mənim ətrim qoxan bəyaz cizgili mavi Köynəyin Naxışlarına başqa birinin əli toxunmamalıydı Yetəri qədər uzağlaşa bilmişdi məndən axır Sonuncu sözü olmuşdu ki " gedirəm, qayıdan deiləm" Özü dəfələrlə dediki ayrılacayıq əvvəl axır Ama hər nə olsada mən heç nəyə görə peşman deiləm Sən qol qanadımsan demişdi ilk başlarda İndi qolları başqa ünvanda qanadsız qalıb Dedik bu möcüzə olardı əgər bir yaşlansaq Möcüzəyə inanmır indi, sözüm cavabsız qalıb Heyif ki bitdi bu sevda dörd ay tamam olmadan Ona həsrət çəkməyə qoymurlar özgə diyarda Dediki çıxma önümə birdə əgər heç qarşılaşmasaq Rahatca unudaram və zərrə qədər canım yanmaz Necə rədd edə bildiyinə baxdım təəccüb içində Son 21 ildə məni kimsə bu qədər yormamışdı Təbiiki hörmətlə yanaşırdım hər bir seçiminə Ama artığ hörmət edəsi bir seçimdə qalmamışdı Olan olub artığ keçib olana çarə olacağlardı Təkcə gələcəyə baxmağ keçmişi unutdurmur