Kishore Kumar Hits

BADCLAUSE - Yeddinci Ay lyrics

Artist: BADCLAUSE

album: Sonuncu Səhifə


Sənin mərhəmətin yox, eşqin yarım saatlıq
Həmin sevgi mahnıları daha məni xatırlatmır
Qayğısız nəvazişsiz körpə kimiyəm
Tərk edilmək üçün çox tezdir
Sənsizliyə yaşım çatmır
Bir ömür mənə dar gəlir, ağrılarımı izah etmək üçün
Bir vərəq yetəri qədər bəsdir, eşqi izah etmək üçün
İndi ziyan etmək üçün əlimdə tək canım qalıbdır
O qədər ürək sözüm var ki deməmişəm heç yarım qalıbdır
Yoxdur dərd ortağım
Daha heç kimim qalmayıb artıq
Şərəfini görəcəyim günə saxladım badənin axrını
Həsrətin rahat buraxmır
Bu əzab qəlbimə yatıb artıq bir ay olacaq ki
Ölümdən betərdi həyatım
İnsafsız ol, vur, dağıt, yaşaran gözümə baxma
Bir ömür arxamca bax razıyam ama üzümə baxma
Səndə hamı kimi ən dar anda get sözümə baxma
Əgər varsa sevgini ver mənə qalanını özünə saxla
İçində gözəl hislərdi ama qismən səf tanınırsan
Öldürür həyat eşqini boğur içində qəddar o insan
Basdırılan hər duyğunu tənhalıqla səf salırıqsa
Nəyə gərəkdi sevgi ən sonunda tək qalırıqsa?!
Səninlə bir evin ayrı otaqlarında eşqə düşmüşük
Unudulan o mahnıların hər notunda birgə ölmüşük
Rəsminə gözüm düşüb yağışlı vaxtlarda üşüyüb
Ağlayan gözlərindən öpdüyüm anları birdə düşün
Məsafələrə dözməyən eşq əlvidana təslim olub
Mən pis olub yolunu gözləyəndə gəldi qəmli sonum
Yaşımla islananda saçları gözümdən sərdim onu
Bir dəfə üzümə gülən gözəl neçə ildir ki dərdim olub
Aşiq olan ürək qəmgin halım ilə zalım olub
Saf eşqin bəyanı nazlı yar, əğyarə dair olub
Düşünür daim onu, arzuladığı həyata sahib olub
Ve keçib keçmişin izləri axı ayrıbtale yolu.
(End).

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists