Kishore Kumar Hits

BADCLAUSE - Hava lyrics

Artist: BADCLAUSE

album: Havaodsutorpaq


Bizə lazım olan mərhəmətdir, ədalət yox
Bizə lazım olan cinayətkarın özüdür, cinayət yox
Məzənnədəki rolumuzdur ki, bu gün nə qədər dəyər görmüşük
Pərdələri cırmaqdır ki, neçə nəfər üçün artıq ölmüşük?
Adət-ənənələrimizə uyğun yola veririk bir-birimizi
Bizə öyrədilən də elə budur ki, dava salmayın
Oyanın bircə dəqiqə, qalxın ayağa, bəsdir yatdınız
Heç nə yaxşı deyil burda, kimisə zorla razı salmayın!
Harda ki qayda-qanun olsa orda bir zibil tapaq
Bəlkə də bu ən sonuncu mahnımdır, öləcəm sabah!
Yazacam tarixi anlardan, hər gizli sektadan
Qələmin mürəkkəbisə vərəqə dəyib dönəcək qana
Bəlkə yaralı göyərçinlərin ahıdır, hər müharibə
Artıq dəbə düşüb - acından ölmək dörd uşaq ilə
Cibində pulu ola-ola batan nə qədər ömürə şahidəm
Həyat fəlsəfəmdə iz buraxdı hər müşahidəm
Dünənin səhvləridir ki, bu gün ruhu rahat buraxmır
Günəşin acığıdır bəlkə, ömürə hökm edən quraqlıq
Qərəzsiz yalançıların inamlarına məhkum olmuşam
Bədənimi satdı özgə ruha sonda doğma uşaqlıq
Bu böyük kölgələrin sahibləri eşitmir bizi
Bu sökük göydələnlərin tanrısı boğdu səsimizi
Aldı ümidlərimizi atdı uçurumdan aşağı
Sonda yorğun bir səs dedi ki, dəlixanamıza xoş gəlmisiz!
Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq
Yollar dolanıqdır
Tələs... Gecə qalma
Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq
Yollar dolanıqdır
Tələs... Gecə qalma
Sonda aydınlaşdı ki, bizi qovan yox idi
Biz sadəcə unutmuşduq məqsədimizi qaça-qaça
O qədər qapanmışdıq ki, başımızı qaldırıb baxanda
Gördük ki, yerdə qalan yollar da haça-paça
Yeniyetməlik, gənclik indi ağ-qara şəkillər kimidir
Təkcə biz bilirik hansı rəngdə idi hansı məqam
Doğruları sevirdik, çalışırdıq hər şey həqiqət olsun
İndi məcbur ən acıları ilə edirik yola davam
Axtarışlar əsas qayəsiydi həyatımızın
İndi axtarışındayıq, amma həyat anlayışının
Düşün, təsəvvür et ki, içindəsən, amma
Əmrinə tabesən əvvəl idarə etdiyin maşının
Bəyənmədiyin sistemin hissəsi olmaq sistemin oyunudur
Yoxsa şəxsi seçimdir, görəsən, bunu bilir kim?
Beş addım sonra nə olacağın düşünəndə üzümə qonur təbəssüm
Mən vəziri piyadaya görə qurban verən vunderkind!
Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq
Yollar dolanıqdır
Tələs... Gecə qalma
Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq
Yollar dolanıqdır
Tələs... Gecə qalma
Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq
Yollar dolanıqdır
Tələs

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists