Mәn sәni bağışlasam da, әllәrim küsüb sәndәn Ayaqlarım sәnә gәlәr, amma sevmәyә üzüm gәlmәz Bu qәlәm sәni yazır elә şeirә sәtir düzür qәmdәn Xətrin necə xoş olur özgәsiylә gülümsәrkәn? İtirdiyim dәyәrlәrin ahı tutub mәni Birinci "sevirәm" dedin, ondan sonra "unut mәni" İslandı göz qapaqlarım görәndә bu cümlәni Xoş günümüzә ümid - sevgi, ertәsindәn qürur gәlir Xeyrinә ağız aça bilmirәm, gәlir şәr öhdәsindәn "Getmə" sözünü deməkdən, bezmişəm öz səsimdən Mәn sənə dustaq olan yazar, sәnsə qәlәmә dörd divar Biz hәqiqi yalançılarıq, xəyanət ölkәsindә Sonuncu әlvidanın üstündәn bir ömür keçib Unutmusan hәr cümlәni gözündә yaş qalmır indi Yoxluğun axirәtdir önümdә tәk intihar seçim Bir vaxt mәnlә nәfәs alan mәni yada salmır indi Köhnә şәkillәrdә üzümә gülәn hüsnünә hәsrәt qalan Baxışlarımla süzürәm indi hәr addımını Ötәn şeirlәrimin ünvanında könül sәni istәr Yanan kağızlarımda külә boğaraq silmişәm adını Ürәyin gözәl - dedin, mәni bir dә sәnsiz görәydin Xatirәn unudulmur, ağlamaqla keçmir nәsә Gedişinә sәbәb nә idi? Süfrәmә duz-çörәkdin İndi hansı yola yolçusan, hansı әtrin eşqindәsәn? Gün eyni gündür, amma ki, kölgəm indi sənsiz qalıb Doğru cümlələrlə izah elədim səhv insanı Qürurum ayağın altda, sökülüb daha səbrin danı Saxta gülüşlər tanışdır, yad gəlir, amma mənim imdadım İncə qanadlarını çırpıb uç, get uzaqlara Bəlkə yenə də qucaqlaram, heyif yoxdur qolda taqətim Biri qalıb ağlında sənin, amma qoynunda yad ətir Sənə qaçan ayaqlarım, indi dəyişir istiqamətin Ayrılıq nəyə işarədir?! Nə vaxtsa dönəcəyinəmi?! Başqa birini sevəcəyiməmi, yoxsa sənsiz öləcəyiməmi?! Göz yaşlarım ələ cəmlənir, özümdə batmışam mən Keçmişində qalmışam mən, unutmuşam gələcək nədir O dahamı çox sevir səni, denən, axı nəyi xoş məndən? Sənə görə dua edə bilmirəm, axı mən sərxoş bəndə Sevmədiyin əllər səni yazır elə çıxıb gedəndən Nə vaxtsa geri dönsən, sevgimi gətir, əli boş gəlmə