Kishore Kumar Hits

BADCLAUSE - Ölüm-Yaşam lyrics

Artist: BADCLAUSE

album: Mən Piyanam


Səni yazmaq gözəldir
Bilirsən və axmaqlığıma əminsən
Elə bir yoxluqsan ki, şairə var gəlirsən
Bizimki sevgi deyil, başqa tema olsa belə
Məni canımdan usandırma,cəfa yarə dar gəlirsə
Gözüm gəzir, axtarıram yarı bəndə
Sağlığına içməkdən qalmayıbdır hal məndə
Yaşadığımız hər anı özün yadına sal həm də
Bu gün evə gec gedərsən, 1-2 saat qal mənlə
Sənə bir musiqi yazmışdım, hər bəhri sevgi
O qədər gözəl qız var, səni xüsusi tərif etdim
Gözlərin niyə qaçır axı, hansı sözüm təsir etdi?
Bu dəfə çox uzatma, yanımda qal, bəsdir getdin
Səni dəyişmərəm inan ki, heç bir seçimə
Ümidlərim ağır-ağır çəkir, tüstü qatır içinə
Məni görmək istəməyəndə yanından düz keçirəm
Sənin adını çəkəndə mən, elə bilirlər and içirəm
Sən məni öldürürsən, sonra da "yaz-yarat" deyirsən
Haa, göz dolur, amma gülümsəyirsən
Bəlkə də bir addım qalıb, amma sən uzaq bilirsən
Elə bir adam olur ki, ilk dəfədir ki, həyat deyirsən
Dəryada bir daşam mən, gövhərəm mən, qaşam mən
Aranı dağ kəsibdir, qanadım yox aşam mən
Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən
Sən - ölüm ani gələn, ağır olan yaşam - mən
Dəryada bir daşam mən, gövhərəm mən, qaşam mən
Aranı dağ kəsibdir, qanadım yox aşam mən
Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən
Sən - ölüm ani gələn, ağır olan yaşam - mən
Tikan mənəm, götür, bu gülün sənin
Gizlincə baxır mənə, görürəm, amma gülümsəmir
... Eybi yoxdur, qoy olmayım yanında
Gedək yanaşı vaqonlarda, uzaqdan görüm səni
Heç vaxt alınmırdı, demə ki, gözləmə məni
Çəkinsə də gözlərin, hiss olunur üzdən əməlin
Səmavi məhəbbətin ola bilərdi bizdə təməli
Bircə dəfə sevirəm dedim,incitdin yüz dəfə məni
Evə qədər ötürüm səni, bir az danışaq özümüzdən
Dilimizdə kəlimə yox, hamısı qalıb könlümüzdə
O qədər yaxınımız var, hər biri gülür üzdə
Bir gün ölüb getsək əgər, mırtlaşarlar ölümüzlə
Bu sevgi gözümüzdən düşsə belə, xatirə mənə
Gələcəksən indi gəl, ruhu bədənə qatil eləmə
Mən hər gecə bu eşqi dolduracam qafiyələrə
Səni yazmaq qarışırdı günü-gündən batil əmələ
Dilə gəl söz de mənə, bu məhəbbət qəliz idi
Səsimi sevirdin axı, sözlərimin dəlisiydin
Nə vaxtsa təsadüfən səndən məni soruşsalar
Deyərsən ki, o ölən şairin ilham pərisiydim
Dəryada bir daşam mən, gövhərəm mən, qaşam mən
Aranı dağ kəsibdir, qanadım yox aşam mən
Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən
Sən - ölüm ani gələn, ağır olan yaşam - mən
Dəryada bir daşam mən, gövhərəm mən, qaşam mən
Aranı dağ kəsibdir, qanadım yox aşam mən
Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən
Sən - ölüm ani gələn, ağır olan yaşam - mən
Dəryada bir daşam mən, gövhərəm mən, qaşam mən
Aranı dağ kəsibdir, qanadım yox aşam mən
Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən
Sən - ölüm ani gələn, ağır olan yaşam - mən

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists