Həqiqət az tapılır, amma olanda olur yalan tək ürəkli Bu şəhər bizi ayırdı, amma günah özümdəydi Deyirsən ki, yaxşı ol, halımı dünən gecə görəydin Axmaq olmağımçün tək bəhanə də səni sevməkdir Bu yolda itirərdik əziyyəti belə qram-qram Sən getsən belə 19-u unutmaram Qolların mənim evimdir, başqa ailə qurammaram Mənim olsan sevincimdən sən öl bir həftə yatmaram Mən yazıram, sən də qarala dayanmadan Gecələr üstünü örtüb gedəcəm oyanmadan Yarı yolda qoyan deyiləm eləsən belə oyan-buyan Qolunda varsa başqası mənə demə ki, yanındayam Uzaq dayan yaxına gəlmə, mən xəstəliyəm Şair öldü dünən sənə musiqi bəstələyən Sənsizlik davam eləyir, üçüncü çərşənbədəyəm Son mesajın ağrı verdi - "incimə can, getməliyəm" Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Qəlb öləndə bir dəfə ayağa dura bilmir Sətirlər danışsa da, hisslərini dindirmir Şairin dərdi varsa, gecələr yata bilmir Səninçün dolan gözlərim, artıq sənə baxa bilmir Sənə yazılan mahnılarda yaşayır indi özgələri Biz ayrı dünyalarıq, yaraşdırma özünə məni Dərin bir yuxuya ehtiyac var, özümə gəlim Sən dünyaya məhkum mələk, abidəsi gözəllərin Əgər güvən varsa, hər şeyə söz verərəm Dodağın sussa belə, ürək baxar göz deyənə Təki sən bir addım at, mən bir il gözləyərəm Bu münasibət getməsə, sadəcə döz deyərəm Gölməçə bizi batırır, sevgi kağız qayıqlarda Geri dönsən yenə səni yazacam, amma ayıq halda Öldürdüyün bədənim doğulur özgə yataqlarda Bu sevgi xəyali gerçəkdir, yoxdu kitablarda Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr