Kishore Kumar Hits

BADCLAUSE - Ömrüm lyrics

Artist: BADCLAUSE

album: Mən Piyanam


Üzünə baxa bilmirəm, gözlərim öyrəşməyib
Sən haqda düşüncələr sətirlərimə yerləşmir
Hər dəfə yaxınlarım "yoxluğuna öyrəş" deyir
Sevgili boş şeydir, sən talehimizi birləşdir
Hamıdan uzağa düşək, dostlar yola salsınlar
Yaşayaq bir dam altında, qoy bizi qısqansınlar
Razı olmadığın qəlbin içinə atım səni və
Oyananda görüm ki, sənin ətrin gəlir yastıqdan
Bu şeir münasibət, sevərik bədahətən
Birləşsin əllərimiz və qolların olar vətən
Ürəyim darıxsa da yoxluğuna dözər bədən
Səni görəndə nəfəs almaq belə yaddan çıxır hərdən
Əhvalım yaxşı deyil, hiss olunur sətrimdən
Sən ilham pərisi, şair ölür dərdindən
Həyatın bir otağı var, dolubdur ətrinlə
Əgər sən istəsən de, cənnəti gətirim mən
Elə bil izin qalıb getdiyin hər bir küçədə
Gәrәk ki, getmәzdin yaraşırdıq biz necә dә
Gələcək arzularçün dolduracam bir neçə bənd
İçində olduğun xəyallar çin olar bir gecədə
Eşqimiz böyük obraz yerləşmir bir səhnəyə
Biləyim qana dolubdur, amma sevgi ölmür, niyə?
Qaranlıq işıqlanmır gözün gözümə dönmür deyə
İndi harda həmin gözəl, o vaxt mənə ömrüm deyən?
Söndürməyək bu ocağı, küllərimiz alovlansın
Tüstü yayılsın səmaya, mavi pərdələr bulansın
Hər gecə bəstəm üstə yanan şamlar işıq salsın
Gülüşlərimi qaytarsan istəmərəm, səndə qalsın
Heyif ki, münasibətə yanaşırdın soyuqqanlı
Əllərin üşüyürsə xasiyyətin - soyuqdandır
Səndən sonra ümidlərim həyata qarşı yarım qaldı
Sənlə başlayan mətnlərin adətən olmur ardı
Yuxum yoxdu yenə, misra sonuna çatmamışdı
İstədim yazım səndən, qələmim əldə çatlamışdı
Bulanıq görürdüm səni, gözümə tor qarışdı
Yaxşı gedirəm indi, bilirəm çox danışdım

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists