Kishore Kumar Hits

PRoMete - Yazmır H.O.S.T - 11 Mart Versiyası lyrics

Artist: PRoMete

album: Yazmır H.O.S.T (11 Mart Versiyası)


Getdik!
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!
Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz (voo), səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro?
İstənilməz şeylər olur, label-a dönüb Pro
Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə yox, beat'lərə görədir, məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə
Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardırlar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla
Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə, sənin də millətin budur
Deyirlər, yazmır H.O.S.T
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!
Deyirlər, yazmır H.O.S.T
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!
Əlimdə qələm, elə bil SSRİ-in orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq, görək məsələ nə yerdədir?!
Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalitet əksinə olmaq demək deyil şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə, yoxdur burada səmimilik, qərəzsizlik
TV-lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlar da indi futbola baxır, çünki hesab atıb
Qarabağ da bizimdir, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu buraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma
Dеyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Dеyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists