14! O! Biz nəyin axtarışındayıq, görən? Bu illər nə öyrədir və ya nələr alır bizdən? Uşaqlıq oyunlarımız oyunlardan reala dönür İndi həyat məcbur edir, deşik axtar, qaç-gizlən! Nə qalacaq bizdən? Nə? İzlər?! Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər? Mən 20 ildir qələmə dostam Və 20 ildir boşdur poçtam Yazıram, cavab gəlmir Mən axtarışdayam Hər qarışda onu tapacağımdan əmin idim Amma yaş keçdikcə ümidim itir Labirintlərin ortasındayam Sözüm iti gündən-günə faydası nə? Öyrədin qaydasını Bəlkə həyat adlanan komediyada mən də rol aldım ♪ Bir yerdə! Qaçacam özümdən də Gizlənəcəm o ağacın kölgəsində O ağacı özüm əkmişəm Ya da çəkmişəm Sonra silmişəm Siz həyatı ciddiyə aldıqca Mən oyun bilmişəm İkiləşmişəm Bir tərəfim bağçaya gedəndə Bir tərəfim gedib işə Mən ən çox özümə gülmüşəm İllərin qazandırdığı qırışlardır Başqa heç nə! Olmur bu zolaqları Qırışlarsız keçmək Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək Amma nə dəyişəcək ki, bu köçlə? Qaça biləcəksənmi əsas köçdən? Həyat çapar, biz köhlən Günü-gündən köhnəl və köhnəl Qədir ağacının meyvəsini yeyir kimlər ki Sən də ümid edirsən Yenə nə yığışmısan Sən yenə hara gedirsən, hə?