Kishore Kumar Hits

PRoMete - Aciz İnsan - 11 Mart Versiyası lyrics

Artist: PRoMete

album: 14 Albomundan Miks (11 Mart Versiyası)


Nə bir küçə, nə bir bucaq
Nə bir qoca, nə bir uşaq
Nə bir sətir, nə bir vərəq
Ovutmur mahnılartək
Yorğunam dost, yorğunam mən
Əllərimlə, sanki yükümün çiyinlərdən
Düşməməsinə kömək edirəm
Üzümə də qəm yapışıb
Gülərək gizləməkdən yaxşı heç nə tapmadığımdandır
Bu aciz təbəssüm daim çöhrəmdə
Gənclik bağçalarımı quraqlıq vurubdur, sanki
Solubdur qönçələrim və tökülübdür pöhrəm də
Şamam dövrəmdə dövr edəndə pərvanə
Yandırdım qanadın, məhv oldu sevgimdən
Səni axtaranda sularda, dürdanəm
Çox dərin getdim, boğuldum mən
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, aciz insan
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, ey, aciz insan
(Aciz insan)
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists