Kishore Kumar Hits

PRoMete - Utopiya - 11 Mart Versiyası lyrics

Artist: PRoMete

album: 14 Albomundan Miks (11 Mart Versiyası)


Fikirləş ki, bitməz gecələr
Fikirləş ki, açılmaz səhər
Fikirləş ki, daha qapını döyən olmayacaq
Boşalıbdır bu şəhər
Fikirləş ki, tək darıxırsan
Fikirləş ki, daim qorxursan
Fikirləş ki, kimisə axtarırsan
Amma heç vaxt tapmayacaqsan
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bu günə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
Fikirləş ki, geri qayıda bilərsən
Fikirləş ki, odu soyuda bilərsən
Fikirləş ki, qəbul olundun
De görüm, hikkəni uda bilərsən?
Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür
Nə qədər düzgündür?
Elə də fərqi yoxdur!
Əsas odur ki, həyatın bir günlükdür
Daha heç vaxt boğulmayacaqsan
Günahlarınla, savablarınla
Daha səni heç vaxt, heç nə sıxmayacaq
Sıfırlanıbdır karma
Yalanlar, davalar oxunulur ancaq kitabdan
Sətirlər çox xoşa gələn olub
Sətiraltılar çıxıbdır cavabdan
Səni sevirlər əvəzsiz
Sən heç nədən olmursan həvəssiz
İstədiyin hər şeyi edə bilirsən
Yardım əlsiz, köməksiz
Elə bir şey yoxdur ki
Sən onu düşünəndə belə qorxasan
Utopiya nə qədər xoş olsa da
Ayılırsan bir gün yuxudan
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bu günə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bu günə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists