Kishore Kumar Hits

PRoMete - İnam lyrics

Artist: PRoMete

album: İnam


Çox şükür olsun sənə, Yaradan
Bizi götürmədiyin üçün hələ aradan
İllər uçur, unudulur köhnə yaralar
Bilmirik, nə gözləyir bizi, harada
Qaradan çıxa bilmirik, problemlər var
Getdikcə insanlar dəyişkən, qəlblər dar
Sən kömək ol, göstər nəyi necədir
İstəsən, edərsən gündüz gecəni
Nə edim mən, azalsın suallar?
İçəridə artan sayda sual var
Bilsəydim, Rövşən gələcək yanına
Bir-iki sualı yollardım onunla
Amma gecdir, həmişəki kimi gecdir
Yoxdur yanımızda canımızdan biri
İtirsək də, bu cür bütün ətrafımızı
Şükür edirik görüb ayağımız altda yeri
Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə
İnam ağıl kimidir, işlətməkdicə paslanır
Cəhənnəm mənzərəsiylə cənnətin terasları
İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir
Həyat bir üzü qara, bir üzü transparan qradiyentdir
Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün
Adam qorxur istər-istəməz, bükür kürəyin
Anlamırıq, nə qədər dəyəri var ki, hər nəfəsin
Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin
Bəyaz ebruli kağız üstə naxış içindəyəm
Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm
Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı
Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı
4 yolun da hər birində çıxılmaz 4 dalan
Həyat faytonunda çapır ayqır atların 4 nala
Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz
Bu dünyanın ahı o dünyaya qalmaz
Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə
Nələri qazanmaqçün nələri itirmək gərək?
Başı çiyin üstündə haralaracan gətirmək gərək?
Mənikimilər bir az lənətlənmiş kimilərdir
Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək
Yerə dəyənəcən kürək həyatla burun-burun
Gecələr yuxularda kimlərdir qonağı şüurun?
Nə qədər çətinlik var, gələrik öhdəsindən
Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun
Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım
Və mən bir yer axtarıram ki, başımı atıb yatım
36 yaşında sanki keçib 70 il
Baxmıram, sol qolumda sadə bəzəkdir saatım
Tanıdım bu illərdə həyatın hər üzün
Və mənimçün artıq itki deyil hüzn
Uzağı görmək çətinləşir ildən-ilə
Mənanı görmək öyrənir bu cüt gözüm

Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists