Bir sabah qanadını göylərə açdı Eşidib türkün naləsin Ruhumuzun kəbəsin Bir payız bu səmadan qartalım uçdu Torpağıma göz dəyməsin Çirkli əllər dəyməsin 40 gün, 40 gecə Döndü bir gücə Həzm edə bilmədi düşmən əzmi Danışdıq, olmadı, döyüşlə əzdik 40 gün, 40 gecə Yol uzun, həm incə Bu yol zəfər yolu, tək hüzurdur İrəvan, Göyçə, Zəngəzurdur Üç rəngli bayraqla Ay ulduz taxmaqla Hər qarış üçün Biz barış üçün Döyüşdük yadlarla Üç rəngli bayraqla Ay ulduz taxmaqla Hər qarış üçün Biz barış üçün Döyüşdük yadlarla 30 ildi deyilirdi "səbir et", səbir etdik Çatdı məqam, dedik "əmr et", məhv etdik O qayalarda hələ də cəsarətin izi qalıb Düşmən o qədər baş əydi ki, yerdə dizi qalıb Bitdi artıq göz yaşı, bitdi çadır, hüzün Tanrı öz sahibiyçün yaradıb Cıdır düzün Qartal bir baxışıyla, həqiqəti gördü Topxana meşəsi ətrafında ədaləti hördü Bizim yaddaş igidliyimiz qədər sərhədsiz Bəsdir onilliklərlə yad ellərdə yeltək əsdiz Odlar yurdunun oğlu bu yeli külə döndərdi Viran qoyduğunuz hər toxumu gülə döndərdi Bu yol hələ bitməyib, bu zəfər yoludur Böyük və şanlı Turan aran elinin kəmər yoludur Deyin, tərk edib getsin qəbul edib qədərini Tərk etməsə bir də çətin açsın səhərini Üç rəngli bayraqla Ay ulduz taxmaqla Hər qarış üçün Biz barış üçün Döyüşdük yadlarla Üç rəngli bayraqla Ay ulduz taxmaqla Hər qarış üçün Biz barış üçün Döyüşdük yadlarla ♪ Üç rəngli bayraqla Ay ulduz taxmaqla Hər qarış üçün Biz barış üçün Döyüşdük yadlarla