Gəl dalaq dərinə boğulana qədər Lap çökək dibinə yox olsun iki nəfər Sənlə mən əl-ələ ölümə əgər Deməli bu həyat yaşanılmayıb hədər Nə qədər mənə de var hələ nələr İçinə, gözünə sızacaq sirrlər Təklik deyil bizim üçün Bizimki yarımçıqlıq Gəl yarıda qoyub qaçaq hər şeyi Mənə nə gərək sənsənsə hər şeyim Bu ruh adlı gəmidə hakim ürək Pilotajdan imtina edib beyin Soyun bədənini, ruhunu burax Axı biz də bacarırıq uçmaq Bunun üçün lazımdı nə qədər az Hisslər okeanınına ayaq basmaq Bu hisslər Okeanında Bir tək sən Təkcə sən ol yanımda Zamanı burax əlimi götür Dodağıma qon nəfəsi ötür Qarışdır saçımı dünyanı söndür Biraz da dərinə və daha hündür İndi aç gözünü alnın alnımda Yerin üstündəyik səmanın altında Çətin ki, düşsün dünənlər yadına Hər dəfə qızanda bu anı xatırla Sənin üçün çətindi gücsüz uzandın Dərində rəqs edir indi barmaqlar Üstünü örtdüm sətirlərimlə Və gedirəm yazmağa çıxdım otaqdan Bu hisslər Okeanında Bir tək sən Təkcə sən ol yanımda ♪ Bu hisslər Okeanında Bir tək sən Təkcə sən ol yanımda