Səni heç vaxt itirməkdən qorxmamışdım "Dünyanı tutub durmalıdır bu adam" – düşünürdüm Bacı zəng edib ağlayanda, yoxluğunu anlamışdım Əynim qalın idi, amma yaman üşüyürdüm O yolu necə sürdüm, o gecə düşür yadıma Çatmaq istəyirdim yanına ki, eşidim son sözlərini Amma ki, zaman bizi saldı ayrı bir dəfəlik Girəndə mən evə, əbədi yummuşdun sən gözlərini İndi vecimə deyil qafiyələr, ya da üslub Yoxluğun diqtə edir yazdığım bu sətirləri Heç bilirsən, sən gedəndən mamamız gül tək solub Amma ki, güllərin də heç vaxt itmir ətirləri Hər küləkdə, hər yağışda düşürsən sən yadımıza Biz isti otaqlarda sən isə soyuq torpaq altda Boğur qəhər anlayanda bu treki dinləməyəcəksən Bu arada Sofiya da, Ramiz babanı çıxarmır yaddan Geriyə gətirmir səni dualar da Sən indi hardasa uzaqlarda Səsimiz eşidirsənmi görəsən!? Eşidirsənsə işarə ver oralardan Geriyə gətirmir səni dualar da Sən indi hardasa uzaqlarda Səsimiz eşidirsənmi görəsən!? Eşidirsənsə işarə ver oralardan Yadıma düşür, birgə uzanıb tavana baxmağımız Hamının atası ata, mənim atam isə hər vəziyyətdə dost Böyük zövq idi səninlə bu cür danışmağımız Müzakirələr, kitablardan, musiqidən və yaxud HOST Deyərdin, "qazandıqların hədiyyədir, onların qədrini bil Bu həyatda bir məcburiyyətin var, o da ki, ailən" Bu gün, sənin yoxluğundan keçir artıq yarım il Sən getmisən, amma möhkəmdir bizimçün qurduğun aləm Haqqında danışmaq çətindir keçmiş zamanda Sağalmayan yara yoxdur, hər şey sağalır zamanla Görməyi sən öyrətmisən, hətta müsbət yamanda İndi təbəssüm gətirir xatirən, sənli o anlar O qədər hisslər var ki, sözlərdən aşıb keçər Anlaşılmazdır zaman niyə insanları ayrı salır ki!? Sənin yerini qoxunu sözünü axı nə əvəz edər!? Ruhunun şadlığın diləməkdən başqa nə qalır ki!? Geriyə gətirmir səni dualar da Sən indi hardasa uzaqlarda Səsimiz eşidirsənmi görəsən!? Eşidirsənsə işarə ver oralardan Pərviz, sənə mənə qurban olum Bilirsən ki, papa səni nə qədər istəyir, qurban olsun sənə ata!? Allah sənə ömür versin, can sağlığı versin Sofişivi elə böyüdəsən ki, ürəyin necə istəyir, elə bir bala alınsın Bütün nəslimizin üz ağı olsun, ata qurban olsun Geriyə gətirmir səni dualar da Sən indi hardasa uzaqlarda Səsimiz eşidirsənmi görəsən!? Eşidirsənsə