Əlimizdə, dilimizdə görünməz qıfıllar var Üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar Beynimiz sonsuz otaqlar, amma bu otaqlar da dar Bir az utansaq, susarıq di gəl ki, çəkirik car Nəyə təəccüb, nəyə heyran? İtib əvvəli sonu Nəfəs kəsir həyatlar, ölüm də gəzir kənar Deyəsən çox uzanır yol və sonda yoxdur işıq Nə bitir qış soyuqları, nə gəlir isti bahar Qəfil gün doğsa bir gecə Dünya qəfil işıqlansa Şəhər-şəhər, küçə-küçə Otaq-otaq işıqlansa Qəfil gün doğsa bir gecə Dünya düm ağ işıqlansa Şəhər-şəhər, küçə-küçə Otaq-otaq işıqlansa Görərik kimlərin əli Kimlərin cibindən çıxır Kimlər əyilə-əyilə Kimlərin evindən çıxır ♪ Çətindir bağırmaq bu qədər səs-küyün içində Gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə O qədər sadədir hər şey, o qədər gözdən düşmüş Sözləri, sətirləri çıxmadan boğuram içimdə Kürəyi balta yeməyən bilməz ki, bel ağrısın Yalana tuş gəlməyən bilməz ki, yel ağrısın Nə qədər mən sevənik biz, nə qədər məndən uzaq Mənə nə? Ağrımıram! Ağrısa, el ağrısın Küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq Qəribədir, amma ki, səsi də yoxdur heç kəsin Pərdələr enibdir çoxdan və bir də çətin qalxa Qorxuram, bizim nəsil bunu bir daha görməsin Göllərin dama-dama olduğunu unudanlar Sonda həmin o damcılarda boğularlar Mütləqdir dəyişməsi yerinin ağın qaranın Batanda Günəşlər ulduzlar doğularlar Qəfil gün doğsa bir gecə Min-min gizli günah görsək Üstünü örtə bilməsə Bu dünyanı çılpaq görsək Qəfil gün doğsa bir gecə Min-min gizli günah görsək Üstünü örtə bilməsə Bu dünyanı çılpaq görsək Başımıza hava gələr Ağlımız çaşar bəlkə də Hamı birdən baş götürüb Bu dünyadan qaçar bəlkə Bu dünyada bəs kim qalar? Kim böyüdər, uşaqları? Bu dünyada bəs kim qalar? Kim böyüdər, uşaqları? Nə yaxşı ki, bu dünyamız Yavaş-yavaş işıqlanır Nə yaxşı ki, bu dünyamız Yavaş-yavaş işıqlanır