Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin Nə qədər var güc dururuq ayaqda Hər yeni tanışlıq dayaqdır İnsana qiymət vermə uzaqdan Fərqi yox qoca, cavan, uşağqdır Bir gün mütləq hamı çatır istəyinə Əsas odur ki, istəyəsən Sən hələ çatmamısan, istə yenə Çox da yola vermə istəyi sən Həyat mövcud, ancaq hədəfdən hədəfə Xoşbəxtlik belə gəlir hər dəfə Kimin hədəfi çözmək problemi Kiminki qulluq eləmək kefə Sən seç özünü, gör kimsən Hədəflərin nədir, yolun hara Kimliyimizi niyyət bəlli edir Niyyətin haradır, yolun ora Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin Mən gəzdiyim bu küçələrin uşağı Bəlkə də kiməsə bu yaddır Hər dəfə ayaq basdıqca torpağa Məni özümə daha yaxın edir hər addım Buraların elə bil bir az havası başqadır Hara getsəm də məni geri çəkə bilir Hər küçə, hər baca, hər dalan eşq dadır Buralarda keçib həyatımın ayı, günü, ili Biz kimik ətrafsız? Ağac olarmı köksüz, budaqsız? Ya da biz kimik məqsədsiz? Gedəcək hər birimiz, bəs izimiz? Uça bilərik göyə xəyallarla Sadəcə bir az reallıq mane olur İçimiz doludur suallarla Niyyətlərlə gələcək qurulur Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin Çox qısadır ömür yaşamaqçün onu boşa Sən sev yaşa, sevginlə cüt qoşa Hər anı mindir dəyərə, qədrin bil Və iz qoy qoy izlərin gəlsin xoşa Həyat əlində Səhvlərindən öyrən Hər şey nəzərdə Səninlədir göylər Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin Yaşayırıq həyatı bir dəfə Sevə-sevə, ya da ki çox çətin Hər yeni gün yepyeni bir səhifə Qədrini bilək biz eşqin, məhəbbətin