Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Şəhər indi tamam boşdur Bu gecə mənə çox xoşdur Mən unutmuşam dərdi və kədəri Bu gecə şəhərin tək qonağıyam mən Gecə şaxtalı asfalt yaşdır Hamı yorğun qayıdıb evə işdən Amma mən gəzirəm, mən qaçıram Mən qanadlarımı açıb uçuram göyə Qaranlıq gecə, döyünür ürək Sevinirəm lap uşaqtək Qaranlıq gecə, bomboş küçə Məni bir az bərk qucaqla Bu gün oyaq qalacam səhərə kimi Onun gözləri çıxmır ağlımdan heç İçimdə sevgi səhərə kimi Bu gecə gəldi ondan ilk SMS Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Hər nətəhər keçər gecə, fərqi yoxdur Əsas olsun bu küçə, bu şəhər Sıxsa da problemlər gündüzlər Gül üzə, çıx üzə gecələr Gecəni keçirdəcəm bu gün şəhərdə Gücümü yığıb yaxa qurtaracam kədərdən Qulağa qulaqcıq, yeni beat, hip-hop Yoxlayacam telefonun display'ində Hərdən ki, birdən bu mübahisəni boş bilib keçdin Əslində bütün bu olanlar bizim məhəbbətin fonunda heçdir Sadəcə, sözümüz boğazdan keçmir "Bəs edər" deyib çıxmışam evdən Mən bilirəm, kobud oluram hərdən mən Amma dözülməzdir onun nazı da Cavabsız neçənci SMS'i yazıram Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Çəkilin, mənim bu gecə artıb hisslərim Göndərilənlər dolub, amma heç nə silmədim Gələnlər qutusu hələ ki, bomboş Boş gecəni pozur bu intizar Yadına indi sal, artıq 1-dir saat Yazacaqsansa, uzatma, indi yaz Telefondan səs, gecədən yeni nəfəs gəldi Ekrana adı, ürəyimə isə həvəs gəldi Oxudum hər cümləni təəccüblə Mən anladımsa artıq niyə çürüdüm mən Gün başlayandan niyəsə hər şey tərs gəlir Onun sevgi SMS'i mənə səhv gəlib Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən bu küçələrdə tək nəfər