Əvvəlcə Allahdan həyat istədim O mənə qaranlığı verdi Sonra Allahdan işıq istədim Həmin gün mən doğuldum Amma bu işıq çox parlaq oldu və mən qorxdum Ağlamağa başladım Allaha yalvardım ki, məni qorusun Elə həmin dəqiqə Anam məni qucaqladı və mən sakitləşdim Sonra Allaha şükür elədim Onda Allah mənim gözlərimi açdı Başladım gülməyə, sonra böyüməyə, hər kəs kimi Və bir gün, bir gün Allahdan xoşbəxtlik istədim Amma səs gəlmədi Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi Onda anladım ki Xoşbəxtliyimi özüm tapmalıyam və başladım axtarmağa Gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə Hər yeri gəzdim, dolaşdım Hər kəsdən soruşdum Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər Və hər dəfə xoşbəxtlik sandığım qapıları Var gücümlə döyəndə qapıları açan olmadı Açılanlarda da xoşbəxtlik olmadı Tapa bilmədim və yorulub başladım qayıtmağa Yolda qoca, müdrik bir dərvişlə rastlaşdım və dedim Xoşbəxtlik yoxdur O isə dedi Sən onu qıraqda axtarırdın Amma xoşbəxtlik sənin içindədir Mən inanmadım Onda dərviş əlimi götürdü və sinəmə qoydu, dedi Qulaq as, döyüntünü eşidirsən? Bu sənin xoşbəxtliyindir, qapını döyür Elə isə aç qapını İllər keçər, ağrılar bir gün mənə yuxu kimi gələr Unudular hər acı, hər kin Düşmənlər olar uşaqlıq dostu ya da uzaq tanış Dalaş-barış Hər nağılın sonu başqa bir nağılın başlanğıcı Dəyişmir heç nə Dəyişən bircə divar təqvimimdəki yarpaqlar Mən sularda tənha dənizçi Sən toruma düşmüş qızıl balıq Həyat sınıq-salxaq bir körpü Çiynimdə çuxam, ayaqlarda çarıq Gedirəm, neçə qəlbin yurdundan Qovuldum düşmən kimi Neçə qəlbə dəvət aldım, getmədim Yaşadım, gördüm mən insan kimi Kitab arası qurudulmuş kəpənəklər kimi Neçə ölü gözəllik məni aldatdı Elə gün oldu, ölünü də güldürdü Elə gün oldu, təlxəyi ağlatdı Əhsən deyib güzgüdə əksimə güc verdim Mənə ruh verdi ki, yenidən qalxım Yenidən qalxdım Ayaqlarımın üstündə özüm durmuşam bu gün də Mən bitmiş bir payız kimi birinci qarın həsrətində Küləklərimi şimaldan saldım, buz şəhzadəm qismətimdə Kaş bir günü qeybətsiz başa vuraq Kaş bir gecə kabussuz yata bilək Kaş vurulaq, sevilək Sevgisi bitəndə biz də sevgini keçmişə ata bilək Əl verin, mənə dar günə xilaskar ip verin Məni içimdən alacaq yol verin Mənə yoldaşı çox olan dost verin Məni qardaş çağıracaq gün verin Mənə dünəndən fərqli güc verin, gücsüzləri qoruyum Söz verin mənə, qəlbinizdəki qorxu bataqlığı Bir gün quruyacaq Dən verin ağ göyərçinlərə, pəncərələrinizə dadansınlar İmkan verin içinizdəki tələlər, qəfəslər parçalansınlar Azadlıq qarışsın qoy hər nəfəsə, hər ürək alovlansın Bu gün elə bir şey edin ki bir il də On il də keçsə də yadda qalsın