Kishore Kumar Hits

H.O.S.T - Etiraf Otağı lyrics

Artist: H.O.S.T

album: Qarada Qırmızı


Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
20 ilimi geridə qoydum göz qırpımında
İncə uşaq, sərt qalaya döndü
Dirək axtarırdım, başqalarına dirək oldum
Məcbur oldum, həyat oyunu çox cığaldır
Saçıma çəkilən hər sığalda anamı tapdım
Özümə rəfiqə seçdim... Günlər keçdi beləcə
Arzularda velosiped də qaldı, yox idi onda imkan
Çox dalaşdı atam anamla
Qapının önünü mən pusurdum
O vaxtdan yarandı vərdiş, hamı danışır
Mən susurdum
"Uşağı həkimə göstərin, bəlkə sinirləridi xəstə?"
Hamı əllərində çiçəklərlə gəzir dəstə-dəstə
"Qaraqan ağlayır qıraqda"
"Qaraqan dərd çəkir"
"Təzəcə başlamış bu uşaq həyata necə də xətt çəkir"
"Nəyə görə hamı oynayanda oturur arxada?"
"Nəyə görə məktəb, ali-məktəb arxa partada?"
"Nəyə görə "sevgi" sözünü eşidən anda gözü qaçır?"
"Nəyə görə qanıqara?"
Hamı eyni mövzu, eyni suallarla
Bezdirəndə qaçıb, dəniz sahilində
Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda
Uzaqlarda Nargin, yanır-sönür mayak
Biraz sakitləş... nəfəsi saxla... 10a qədər sayaq
1... 2... 3
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
Deyirlər "Pul deyil əsas, onunla xoşbəxt olmaz"
Deyirlər "İnsan elə bir varlıq, heç vaxt gözlər doymaz"
Deyirlər "Sevgi olan yerdə, Qürur xəstəlikdir"
İçimə doldu payız xəzanı yenə də yaşadım arzularda
Üstəlik mənim də gizli hisslərim gizlənib
Neçə bina damından ulduzlara baxıb, gözlədim
İstədim sevgilim olsun mənimlə eyni düşüncələrə sahib
Yarı sözdən anlayaq bir-birimizi
Çox ürək də qırıb, getdim
Göz yaşları töküldü... - səbəbi mən
Hərdən oluram əsəbi mən, hərdən içimə qapanıram
Hərdən intihar arzuları biləkdə iz qoyur
Hərdən Allahın qarşısında QaraQan diz çökür
Və Sanki xeyri yoxdu dualar da
Sanki, boşdu həyat filmi
Maraqsızdır... Bu nə bəladır? Bu nə cür işdir?
Uşaqlıqdan arzum olub rəssam olum
Amma bu gün rəssam olmaq istəyən acından ölür
Xaraba dünya... Dərəyə yıxılan araba dünya
Qəribə dünya... Hamı burda quldur, təkcə Xəlifə dünya
Əlinə, dünya, düşmüşəm oyuncaq kimi
Mən kəpənək, sən hörümçək kimi
Toruna bağlı, ürəyi dağlı
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi
Hələ də hıçqırıqlar içimi doldurub
"Nəyə görə gəlmişəm bu həyata?"
Qəribə suallar... Divar tək əhatəmdə
Xasiyyətimdə sentemental doludur kompleks
Gücüm zəifliyimi danmamaqda
Qapını üzümə bağlamaqda peşəkar olan
Doğmalar var... Məni sevənləri incidirəm
Sevməyənlərin acığını onlardan çıxıb
İnsanam, mən də öz səhvlərimlə
Həyata tozlu pəncərədən baxıb
Günbəgün və günbəgün bezib
Eyni mənzərədən qaçıram ölümə doğru
2007 addım atmışam, yəqin az qalıb
Naşükürəm, bəlkə hər nə olsa, yenə də az gəlir
Əbədi qışdayam amma inanıramki, YAZ GƏLİR

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists