Kishore Kumar Hits

H.O.S.T - Nağıl lyrics

Artist: H.O.S.T

album: Qarada Qırmızı


(Biri var idi,biri yox idi)

Bir gecə açdım pəncərəni mən
Aşağıda qaçışan balaca insanlara baxdım
Nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma
Pərdəni rəqs edəndə gördüm küləklə
Hər şeyi yenidən başlayaq
Amma mən yorğun, amma sən kinli
Amma yox o hisslər artıq həvəsdə
Qapını üzümə örtüb, çıxdı otaqdan
Qalmışam, yenə pəncərədən açılan mənzərə
Məni uçmağa vadar etməsə, bu nəğmə oxunar
Şəhərin sonsuz binalarının işıqları
Gözümü qamaşdıran
Soyuqdandırmı, şaxtadandırmı?
Yanağıma tökülən ilıq yaşlar
Yenə yuxusuz, dolmuş gözlər qorxusuz
Qaranlıq otaqda tək qalmışam
Yenə göz yaşı yağışla birgə darıxır qucaqsız
Yarpaqlar ağacda üsyan edəcək payızı hasara almağa
Yox meyil, yox güman
Yox həvəs indi qəfəsdən uçmağa
Yenə donmuş qanadlar
Pəncərə, dörd divar, bir də mən
Hansı fəsildir bilmirəm
Dibçəkdə də solacaq bir gecə qızılgül
Solsun qoy, dərmirəm
Səni sevmirəm, ey uzun gecə
Yuxumu qaytar geri, de necə?
Deyəcəm sevgilimə ki, gecəni keçirtdim
Gecəylə tək, baş-başa
Yaşamaq istərsən, get tək yaşa, sən ayrı, mən ayrı
Qalaq, indi çətin həyat, yox bu mövzu ağırdır
Yuxusuz gecədə gözüm qaraldı
Yerim isti, yorğanaltı həyatım mənə çox şeyi öyrətdi
İlk kabusumu suya danışanda
Dedim ki, əjdaha gözünü mənə bərəltdi
Amma indi bu kabusum gülməlidir
Yuxularsa bir işarədir
Mələklər sevəcəm, butalar görəcəm
Oyananda yenə səni seçəcəm
Hər gün təkrarlanan yuxusuzluq xəstəlikdir sanki
Mən pəncərə qarşısında yorğun
Göyə baxıram, dilimdə suallar
Soruşdum küləkdən, niyə belə əsirsən, hara tələsirsən?
Dedi
Mən buludlarımı susuz səhralara yağdırmağa gedirəm
Soruşdum günəşdən
Hanı sevgilin ay, niyə dalaşıbsınız?
Dedi: Biz bir yerdə olanda zülmət düşə bilər aləmə
Mən ulduzlardan soruşdum
Nazlı qızlar, parıltınız nədəndir?
Dedilər: Ağlamaqdan, kipriklərimizdəki yaşlardan
Soruşdum quşlardan: Məni özləriylə apararlarmı?
Soruşdular: Qanadların varmı?
Qaraqan, qanaqların varmı?
Soruşdum dənizdən: Niyə dalğaların gedib-gəlir?
Dedi: Tənhalıqdan darıxmamaqçün
Özüm-özümə bu oyunu düşünmüşəm
Soruşdum dağlardan: Niyə zirvələriniz qarlı?
Dedilər
Uzun illər yaşadıq, bizdə qocaldıq, saçlarımız ağardı
Soruşdum çaylardan
Hara qaçırsınız, kimdən qorxursunuz ki?
Dedilər
Öldürdüyümüz qayaların ruhu bizi rahat buraxmır
Soruşdum torpaqdan
Niyə ölmüş insanları udursan ki?
Dеdi: Qisas alıram, məni alçaldıb tapdalayanlardan
Bir gecə açdım pəncərəni mən
Aşağıda qaçışan balaca insanlara baxdım
Nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma
Pərdəni rəqs edəndə gördüm küləklə
Hər şeyi yеnidən başlayaq
Amma mən yorğun, amma sən kinli
Amma yox o hisslər artıq həvəsdə
Qapını üzümə örtüb, çıxdı otaqdan
Qalmışam, yenə pəncərədən açılan mənzərə
Məni uçmağa vadar etməsə, bu nəğmə oxunar
Şəhərin sonsuz binalarının işıqları
Gözümü qamaşdıran
Soyuqdandırmı, şaxtadandırmı?
Yanağıma tökülən ilıq yaşlar

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists