Həyatım maraqsız nağıldır sanki
Yuxuya gedirəm istəmədən
Yaşam donub sanki, saatlar da zamanın ölümünə
Hörmətlə süküt dəqiqəsində əbədi qaldı
Həyat verdi əzabı, kədəri qəfəsə saldı, həvəsi aldı
Ağlamaq maraqsız, sevinmək maraqsız
Həyata olan bütün marağım öldü
Boş deyinmək maraqsız
Həvəs öldü hər şeyə, baxmıram da təqvimə
Yaşamağımın mənası, ölməməkdir sadəcə
Qəzetlər maraqsız, dərgilər maraqsız
Getdiyim və getmədiyim bütün sərgilər maraqsız
Verilişlər maraqsız, çıxışlar maraqsız
Gəlmişəm başqa dünyadan
"Yeni ulduz"lar maraqsız, "Qəfəs"lər maraqsız
Maraqsızdır mənə hansı ölkə bu gün öndə
Maraqsızdır hansı mahnı hitdir, hansı repçi dəbdə
Maraqsızdır hansı tanışlarım KQB-dəndir
Maraqsızdır kimlər hansı ildəndir, hansı bürcdəndir
Maraqsızdır Pentaqonda kimin qismətində bomba
Maraqsızdır kimdir bu gün kəndçi, kimdir bu gün bomba
Maraqsızdır hansı sayt H.O.S.T-un adına yalan yaxır
Maraqsızdır qonşularım daha çox hansı seriala baxır
Maraqsızdır döyüşlər, bütün sülh danışıqları da
Maraqsızdır sevgilimin sevgililəri, pulları da
Maraqsızdır "Sarı Gəlin" bizim, yoxsa ermənilərin
Dəcəl uşaqların cığal oyunu, həyata itdi güvənim
Mən yenə sənsiz, payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl, nazlı yağış
Sarılım sənə, qucaqla məni, dönək gölməçəyə
Mən yenə sənsiz, payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl, nazlı yağış
Sarılım sənə, qucaqla məni, dönək gölməçəyə
Bir gecə, boş küçə
Bir qələm, bir də mən
Bir gecə, boş küçə
Bir qələm, bir də mən
Ağaclar islanıb, körpə budaqlar
Yağış, getmə, məni buraxma
Qucaqla, qucaqla
Ağaclar islanıb, budaqlar
Yağış, getmə, məni buraxma
Qucaqla, qucaqla
Kitablar maraqsız, hamsı eyni sanki
Milli məclisdə yatan deputatlar, yetər, sayı maraqsız
Şadlıq evlərində 100 şou proqram, 100 müğənni
"Çal-çağır" maraqsız, gələn qış maraqsız
Keçən yay maraqsız
Dostların da içində niyəsə darıxıram
Sevgi bitdi, yenisinə başlamaqdan çəkinirəm, darıxıram
Ad günümdə üfürdüyüm şamla tək qalmışam
Yenə də boş otaqda Qaraqanla tək
Nə ailə qurmaq istəyirəm, nə də ki, olsun uşaqlarım
Amma tək də bacarmaram, tab gətirməz qanadlarım
Bəlkə səbəb qırılmış sevginin depressiyası
Mən sanki ümidsizliyin canlı versiyası
Qaraqanın aqressiyası, əsəblərin sessiyası
Dünyanı dəyışmək indi təkcə H.O.S.T-un missiyası
İstisnası olmur, həvəs yoxdur, inam yoxdur
İnam yoxdur, güvən yoxdur
Güvən yoxdur deməli, yollar ayrı
Səni tanımamış deyirdim ki, ilan yoxdur
Amma indi deyirəm - ilan da var, zəhər də var
Ölüm də var, kədər də var
Hər zülmət qaranlıqdan sonra çıxan səhər də var
Səhər var, amma günəş yoxdur
Sevinc var, amma gülüş yoxdur
Qələbə var, amma döyüş yoxdur
Deməli yoxdur qəhrəman
Səhvlərim öz ucbatımdan, kimdən alacam intiqam?
Kim qalacaq mənlə, əgər birdən itsə bədahətim?
Kim sevərdi məni, əgər olmasaydı cəsarətim?
Kimlər nifrət eləyir, amma qorxub üzümə söyə bilmir
Kimlər gizli-gizli sevir, amma susur, deyə bilmir
Kim görəsən dözər mənim çətin, qəribə xasiyyətimə?
Hərdən baxıb nifrət eliyirəm özüm öz xasiyyətimə
Sakitləş bir az, bəsdir, çıxma özündən
Yağış yağdı, şəhər doldu gölməçəylə dizimdən
Səma pəncərə, buludlar pərdə kimi
Hər bir mahnı başqa dünya
Görünə bilər adi səhifə kimi
Sakitləş bir az, bəsdir, çıxma özündən
Yağış yağdı, şəhər doldu gölməçəylə dizimdən
Səma pəncərə, buludlar pərdə kimi
Hər bir mahnı başqa dünya
Görünə bilər adi səhifə kimi
Mən yenə sənsiz payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl, nazlı yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə
Mən yenə sənsiz payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl, nazlı yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə
İslanıb budaqlar
Yağış, getmə məni buraxma
Qucaqla, qucaqla
Ağaclar islanıb, budaqlar
Yağış, getmə, məni buraxma
Qucaqla, qucaqla
Bir gecə, boş küçə
Bir qələm, bir də mən
Поcмотреть все песни артиста