Mən ulduz olmaq istədim
Mənə dedilər, hit yazasan gərək
Ona görə götürüb kağızı, qələmi
Başlayıram, nə olar-olar, görək
Mən ulduz olmaq istədim
Mənə dedilər, hit yazasan gərək
Ona görə götürüb kağızı, qələmi
Başlayıram, nə olar-olar, görək
Yazacam, bir az oynaq mahnı ki
Banketə, toya məni çağıran olsun
Yazacam maşın, qız, pul mövzusunda
Dinləyicilərim varlılar olsun
Yazacam Bakı gözəl şəhər
Yazacam inkişafımızdan
Yazacam Sim-Sim, Pepsi
Ya da ki, Səba toyuqları sponsorum olsun
Yazacam rep, sintez muğamla
Meyxana cazla, kamanla, sazla
Kliplər, qızlar, kirayə paltar
Verliş, maqazin, qalmaqallar
Yazacam 50 Cent kimi
Yazacam olmayan tapançamdan, ah!
Yazacam "feat", duet kimi
Sevgidən hansısa əxlaqsızla
Əlini sıxacam üzünə tüpürmədiyim adamların
Efirdə məcbur
Şit zarafat, düşük mövzular
Bir də ki, gülümsə efirdə məcbur
Yazacam dövlətə yaltaq mahnı
Yazacam reklama alçaq mahnı
Yazacam əyləncəli, şən mövzulu
Dingildədən axmaq mahnı
Verəcəm radiolara ki, 100 dəfə
Verin hər gün, özüm öz mahnıma
Səs verəcəm, münsiflər heyəti
"Mənə inanın, (nə olar) məni çıxartmayın"
Gedəcəm, 100 super salon
Dəyişəcəm geyimimi, tərzimi
Dəyişəcəm dəlləyi, dərzimi
Dəyişəcəm qəlbimi, nəbzimi
Çəksin kanallar
Uşaq evində pulsuz konsert verirəm
Bəs onda niyə çəksin kanallar?
Bunu onlarsız da eləmək olar
Əsas uşaqlar
Yazacam, replərim olacaq dillər əzbəri
"Beat"lərim oynadacaq belləri
Baş əyəcəm qarşısında sərxoş kişilərin
Fahişələrinin
Deyəcəm hər gün efirdən
Sevirəm səni, ey əziz ölkəm
Ey əziz pərəstişkarlarım
"666" mənim SMS nömrəm
Hara gedir mənim ölkəm?
Bu gedişlə, bilmirəm mən
Amma yenə də ümid var
SMS-lər dünyanı xilas edəcək
Hara gedir mənim ölkəm?
Bu gedişlə, bilmirəm mən
Amma yenə də ümid var
SMS-lər dünyanı xilas edəcək
Nəyi yazmaq olar, bildik
Bəs nəyi yazmaq olmaz?
Yazmaq olmaz problemlərdən bu ölkədə
"Hər şey yaxşıdır" yaz bu ölkədə
Olmaz, deməli yazmayacam
Yolum ulduz yoludur, azmayacam
Olmaz, deməli yazmayacam
Yolum ulduz yoludur, azmayacam
Yazmayacam qaçqın çadırlarındakı
Suya həsrət yetim uşaqlardan
Yazmayacam Qarabağ əlillərinin
Dilənməyindən, gecə ehtiyacdan
Yazmayacam verilişlərimiz düşükdür çoxu
Sonra ora məni çağırmazlar
Yazmayacam seçim də pulladır yarışlarda
Axı sonra götürməzlər
Yazmayacam rüşvətdən
Yazmayacam saxta seçkilərdən
Yazmayacam başı boş gənclikdən
Yazmayacam artan içkilərdən
Yazmayacam Bakı-Ceyhandan
Bizə qalan oldu yeraltı keçidlər
Yazmayacam kimlər nə qədər pul verib
Adları sildilər uçotdan
Yazmayacam meymunlar ölkəsində ancaq
Eşşəklərin var hörməti
Yazmayacam boş verlişlərlə
Yuxusunu uzatmışıq millətin
Yazmayacam oğlanların beynində
Ancaq qızları bişirməkdir
Yazmayacam futbolçular qışqırır
"Qələbə-qələbə!" hesab eyni
Yazmayacam qızlar məktəb adıyla
Həyatlarını barlarda çürüdür
Yazmayacam H.O.S.T radikal təşkilatdır
Repiylə siyasətini yürüdür
Yazmayacam cəmiyyətimizi
Bir torbaya yığıb basdırardım diri-diri
Yazacam "Azərbaycana eşq olsun"
Sevinc göz yaşlarım iri-iri
Hara gedir mənim ölkəm?
Bu gedişlə, bilmirəm mən
Amma yenə də ümid var
SMS-lər dünyanı xilas edəcək
Hara gedir mənim ölkəm?
Bu gedişlə, bilmirəm mən
Amma yenə də ümid var
SMS-lər dünyanı xilas edəcək
Поcмотреть все песни артиста