Səni çəkdim göz yaşımla ağ vərəqlərdə Günəşimi qaytar, sevgilim Dalğalar dalaşır yenə küləklərlə Yol uzun, gücüm az, ev uzaq, hava buz Üfüqüm bəzənir qara şəfəqlərlə Ovucumda yaralı keçmişim Bir gecə uçacam qara qanadlarla Gedəcəm, qalacaq nə izim, nə tozum Məni qızdır titrəyən əllərində Anasından küsmüş uşaq kimi Ağlayım bir az, ağlayım Başımı qoyum dizlərinə, olsun döşək kimi Zəhərəm, şirin etməz bal məni Sevgilim, gedirəm, yola sal məni Bir gecə xatirə rəflərində Unudub özünü, yada sal məni Süzülür ruhuma yenə sərin payız Gölməçə beşiyim, bələyim xəzan Həyatım ocağa atılan kağız Sən mənim günahım, mən sənin cəzan Gəmilər öskürürdü tüstülərlə Bu gecə yenə tək qalıb Qaraqan ♪ Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir "Sevirəm" de mənə yalandan Bir gün xoşbəxt olaq yalandan Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də çox kədərlidir "Sevirəm" de mənə yalandan Mən də "sevirəm" deyəcəm yalandan Ruhum isinərdi görəndə üzünü Əriyərdim dözümsüz şam kimi Yağışlar yağanda damlalar ilə Elə bil, yaxın dost olmuşam kimi Sevgin minmədi qara qatarlara Qaldım qatarda tənha sərnişin Əl isinmədi sənin soyuq əllərində Amma istəmirdim başqa əldə isinsin Yağ quru həyatıma leysan kimi Quru gəlibsə, qup-quru getməsin Yağ qara sevgimə bəyaz qar kimi Qara gəlibsə, qap-qara getməsin Mənsiz həyat olar sənə bir az dar kimi İstəyirəm sevgi göz yaşıyla itməsin Ağla mənim üçün o biri qızlar kimi Sevgim çoxalsın, göz yaşıyla bitməsin Tökülür üzümə yenə sərin yağış Buludlar günahsız, küləklər coşar Ümidlər həyata edilən qarğış Sən mənim ilhamım, mən şeir qoşan Hisslərim qışqırırdı kağızlarda Onlardır bağıran, Errant susan ♪ Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir "Sevirəm" de mənə yalandan Bir gün xoşbəxt olaq yalandan Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də çox kədərlidir "Sevirəm" de mənə yalandan Mən də "sevirəm" deyəcəm yalandan Yağ quru həyatıma leysan kimi Yag qara sevgimə bəyaz qar kimi Süzülür ruhuma yenə sərin payız Gölməçə beşiyim, bələyim xəzan Həyatım ocağa atılan kağız Sən mənim günahım, mən sənin cəzan Gəmilər öskürürdü tüstülərlə Bu gecə yenə tək qalıb H.O.S.T Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir "Sevirəm" de mənə yalandan Bir gün xoşbəxt olaq yalandan Məni sevdir, sənə sevdir Həyat onsuz da bizsiz də çox kədərlidir "Sevirəm" de mənə yalandan Mən də "sevirəm" deyəcəm yalandan