Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Neçə günəş gərəkdir ürəyimi isitmək üçün? Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı? Neçə külək gərəkdir göz yaşlarını qurutmaq üçün? Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaq üçün? Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaq üçün? Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaq üçün? Neçə qanad gərəkdir çırpınım, uçum ulduzlara? Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaq üçün? Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun? Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun? Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər? Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir? Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir Kağıza mürəkkəb, həyat çox mürəkkəb Çətindir düzəltmək Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir? Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə? Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə? Neçə kapsula və dərman ki Yaralarımızı keyitsin bir neçə müddətlik? Neçə fərman ki təbəssüm çöksün Üzünə xalqımın bəlkə bir həftəlik? Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca Neçə zolaqlı bayraq xilas edəcək bizi Görəsən, ən dar anda? Neçə kilsə və məsciddən Qorx, qaç, deyəcək dünya hələ bizlərə? Neçə propoqanda basılar beyinlərə Hollivud dönəcək siyasətə? Neçə irqdən insanlar qıracaq Bir-birini ancaq dəri rənginə görə? Neçə cüt göz basdıracaq Ümidlərini oğlu-qızıyla bir qəbirə? Neçə vəhşiliyin şahidi insanlar Dönəcəklər manyaklara? Neçə nüvə silahının nüvələrinin sayı qədər ac İnsan batacaq səhrasında? Neçə fitnə, neçə soyqırım? Neçə ton qan? Neçə min edam? Neçə işğal? De, susum ya qışqırım istehza qoxan alqışlara? Neçə zindan namus qoruyanına Ömürlük həbs elektrik stulları? Neçə sərhəd ayırası məni məndən H.O.S.T!, nəqarəti qaytarın! Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Neçə xəyanət gərəkdir Əsl sevginin qədrini bilmək üçün? Neçə xəstəlik gərəkdir sağlamlığımı düşünmək üçün? Neçə kədər gərəkdir Bir uşaq gülüşündən xoşbəxt olum? Neçə düşmən gərəkdir Dostlarımın qədrini bilmək üçün? Neçə yad eldə olmalıyam ki Vətənimə qayıdanda sevinim? Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim? Neçə gözü yaşlı yetim Danışmalıdır mənə çətin həyatdan ki Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim? Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun? İstəyirəm oğlum olsun, qasırğa Həm də küləkdən olsun Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım? Neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun? Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata? Son nəfəs can verəndə qızıldan qiymətli saatlar Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim? Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən? Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha