Səni ilk dəfə görəndə anladım ki, mən Sevəndə ürəyim necə döyünür Mən tən olan ömrümü tamamlamaqçün Yanına gəldim və sənlə böldüm Sənlə gördüm mən həyatın hər üzünü Təmiz qalan ancaq ikimiz idik və Birləşib önümüzə çıxan hər əngəldə Sağ qalanlardan biri biz idik Qaranlığıma günəş olduğun gündən Zülmət buralara düşmür daha Əllərin əlimdə olduğu gündən Buz əllərim mənim üşümür daha Xətrinə dəyəndə yata bilmirdim Əsəbdən gecələr olurdu haram Əqrəb dönürdü, donurdu zaman Buludlarını gecə qovurdu səma Tapa bilmərəm mən özümü, sən olmasan Güzgülər də üzümə baxmaz mənim Usanmaram sənə baxmaqdan Gəl, ümidini üzmə bu axmaqdan Mən rahat oluram sənin qollarında Sənin ürəyin evimdirsə, ürəyim evindir Ala bilmədim mən bəlkə də hədiyyələr Amma sən nə olsa, həmişə sevindin Ne etsək də, biz bir bölüşürük Və qismət olar bizə bir qocalmaq Eyni gəmilərdə, eyni yelkəndə İstərəm səninlə bir yol olmaq Unuduram hər şeyi, ən pis günləri Sən güləndə, biz bir olanda Gizlət mahnımı hər kəsdən Saxla özündə sirr onlardan Bir gedək uzaqlara, gəl tut mənim əlimdən Nəfəsinin istisini hiss edim ən dərində Gülləri toplayaraq yollarına sərim mən Varam bu həyatda hər şeyə mən səninlə Bir gedək uzaqlara, gəl tut mənim əlimdən Nəfəsinin istisini hiss edim ən dərində Gülləri toplayaraq yollarına sərim mən Varam bu həyatda hər şeyə mən səninlə Mən səndən güc alıram, bil Sən olmasan, mənim ömrüm bitər və Tək mən sənlə bir oluram Sən getmə ki, bu sevgi ikimizə yetə Birdən-birə dəyişdi hər şey Özüm də bilmədim kimdir günahkar Kimdir səbəbkar olub bitənlərə Heç bilmədim ki, kimdir riyakar Gözüm kordur, qulağım kar Görüb eşitmədən səni bəstələdim mən Sən sevgini anlamasan belə Ömrümü tək sənə həsr elədim mən "Gün gələr, hər şey düzələr" deməklə İnan ki, hər gün səhv elədim mən Azadlığını əlindən aldım Bir qəfəsdə səni həbs elədim mən Tut əlimdən, birgə uzaqlara gedək ki Yad qalaq ən pis anlara Gizlənək hər kəsdən, güzgüdən də Göstərməyək özümüzü gəl biz onlara Ağ-qara görünən dünyanı rəngləmək olsaydı Kaş ki fərqli tonlara Fərqli sonlarla bitərdi həyat Və başlaya bilərdi yeni sezonlara Yenidən geri dönə bilsəm kaş Başlaya bilsəm hər şeyə yenidən Yenidən gələ bilsəm dünyaya Bir səni tapardım inan ki, yenidən Yenidən yeni günlərə ümidim yox Var gümanım sonlara yenidən Yenidən məni yerdən qaldırdın Yelkənlərə küləyəm yenidən Bir gedək uzaqlara, gəl tut mənim əlimdən Nəfəsinin istisini hiss edim ən dərində Gülləri toplayaraq yollarına sərim mən Varam bu həyatda hər şeyə mən səninlə Bir gedək uzaqlara, gəl tut mənim əlimdən Nəfəsinin istisini hiss edim ən dərində Gülləri toplayaraq yollarına sərim mən Varam bu həyatda hər şeyə mən səninlə