Bu sabah alınmadı, yəqin ki başqa sabah Gəl bu görüş gününü biz gələn il bu vaxta salaq Görüşmədik demək deyil yəqin ki, başqası var Bu sabah olmasa da, inşallah başqa sabah Qopa bilmir qələmim səndən, nə qədər küssəm də Şeirim sənsən, vərəqim sən, özgəyə gülsən də Ağlama, gül sən də, gedirəm, gəl sən də Gəlsən əgər, şərtim var, bu səfər gül səndən Elə bir yerdəsən ki, toxuna bilmir əlim sənə Nə sən mənə layiq ola bilməmisən, nə mən sənə O qədər saf və içdən idi ki, mənə gülümsəmən Yadırğamışam artıq, daha tanış gəlmir üzün mənə Sevirdim mən o cümlədən səni xatırladan hər şeyi Bilirdik biz, alınmazdı, dözdük, amma ki, keçən deyil O da bilirdi, şeirlərimin ünvanında o tək deyil Güldanından ayrı düşən gül qabında solan deyil O gözü yolda, qulağı səsdə, könül ahəstə Qolunda can verirdi sevgi başqa birinin uğruna Biz keçə bilmədik əngəlləri, sonra düşdük həvəsdən Yenidən sevə bilməyib ayrılmağa məcbur oldu yar Əlləri körpətək incə, o qıvrım uzun saçları Yanağına yağan yağışlar isladır quru yamacları Onu mən çox bağışladım ki, səhvi gözümdən itsin Bəlkə heç özü də istəməzdi mahnımız belə bitsin Dözə bilmirəm daha Gecələri yata bilmirəm rahat Sənə görə mən dönmüşəm yada Amma əvəzin yoxdur dünyada Dözə bilmirəm daha Gecələri yata bilmirəm rahat Sənə görə mən dönmüşəm yada Amma əvəzin yoxdur dünyada