Bilirdim səninlə alınmaz bir ömürə yol olmaq Bilirdim sən olmasan, şeir olmaz, söz olmaz Bilirdim eşqin özünü o yanmadıqca köz olmaz Məni heç sevmədiyini səndən öncə bilirdim mən Bilirdim hansı cümlələr ki, üzünü güldürürdü Bilirdim cümlələr ki, sənin üçün özünü öldürürdü Bilirdim bir də alınmaz, amma mən gözləyirdim Və mənim gözlədiyimi görmədiyini bilirdim mən Bilirdim hər yalanın ömrü kimdə 40 gün olur Bilirdim əvvəlin də, sonranın da yoxdur sonu Bilirdim üzüləcəyini, salsam əgər gözdən onu Və onun itirəcəyi bir mən yox idi, bilirdim mən Bilirdim yaraşmırdıq nə sən mənə, nə mən sənə Bilirdim gec olacağını, illər öncə desən mənə Bilirdim "gəl" sözü düşməz səssiz gedənlərə Gedənlərin dönmədiyini gedənlərdən bilirdim mən Gözlərimdə qanlı yaşlar Sənin həsrətin qəlbi dağlar, aman Nə yanar, nə sönər Nə də buz tutan əllərin Mənə geri dönə bilər, ah Gözlərimdə qanlı yaşlar Sənin həsrətin qəlbi dağlar, aman Nə yanar, nə sönər Nə də buz tutan əllərin Mənə geri dönə bilər, ah Bilirdin nələri sevib, nələri sevmədiyimi sən Bilirdin əl-ələ verib əngəli məhv etməyi də Bilirdin görüş yerini, həyacanı hiss etməyi də Və mənim görüş yerinə getmədiyimi bilirdin sən Bilirdin ən gözəl hisslər yaşanır necə həvəslə Bilirdin hansı səbəblər ki, salır məni həvəsdən Bilirdin bilmədiyimi, ürək məndə dar qəfəsdə Və mənim qaçmaq istədiyimi həmişə bilirdin sən Bilirdin üşüdür səni əllərimin soyuqluğu Bilirdin isitmirdi məni sənsiz gündoğumu Bilirdin mənası yoxdur yozulan son yuxunun Çün sənin yuxularında olmadığımı bilirdin sən Bilirdin sonrakı peşmançılıq da fayda vermir Bilirdin qüsurlarını, görməsəm də səndə eybi Bilirdin tutulmasını kimlərin ki, səninlə eyni Ona görə özgələrdən özəlliyini bilirdin sən Gözlərimdə qanlı yaşlar Sənin həsrətin qəlbi dağlar, aman Nə yanar, nə sönər Nə də buz tutan əllərin Mənə geri dönə bilər, ah Gözlərimdə qanlı yaşlar Sənin həsrətin qəlbi dağlar, aman Nə yanar, nə sönər Nə də buz tutan əllərin Mənə geri dönə bilər, ah