Kishore Kumar Hits

Ali Ashikar - Sən Olmasan lyrics

Artist: Ali Ashikar

album: Əyyaş


Sənə məktub yazıram yazıram ki bağışla
Burda hava pis keçir ara vermir yağışlar
İslanıb səkilər tək göz yaşımdan balışlar
Ona görə yazmıram ki sevgimə görə bağışla
Köhnə məktublar illərdir ki ovutmur
Nə gələn var nə gedən nə döyən var qapını
O mənim gözümə dolub yanaqlarımı qurutmur
Nə sevən var nə dözən nə duyan fəryadımı
Sevgindən uzaqlara
Yenə düşürəm mən yollara
Hara gedirəm sənsiz hara
Sən olmadan
Sevgimdən uzağlara
Yenə düşürsən sən yollara
Hara gedirsən mənsiz hara
Mən olmadan
Dönməsən də mənə
Gəlməsən də
Təmiz hisslərimlə sevərəm
Sevməsən də məni
Gizləsəm də
Həmin hisslərimlə ölərəm
Arzulamışdım səninlə bir ocaqda köz olmağı
Sən indi ayrı ocaqda közərib kül olmusan
Sənə mən söz verdim xəyallarda bir olmağı
Sən indi xəyallarda şerilərimə söz olmusan
Olmusan başımı döndürən yarımcıq eşqlər kimi
Var ki şairlər cümlələrdən evlər tikir
Nə sözün pərdəsi var nə cümlənin pəncərəsi
Nə baxan pəncərərdən var nə duyan körpə səsi
Sevgindən uzaqlara
Yenə düşürəm mən yollara
Hara gedirəm sənsiz hara
Sən olmadan
Sevgimdən uzağlara
Yenə düşürsən sən yollara
Hara gedirsən mənsiz hara
Mən olmadan
Dönməsən də mənə
Gəlməsən də
Təmiz hisslərimlə sevərəm
Sevməsən də məni
Gizləsəm də
Həmin hisslərimlə ölərəm

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists