Bir gün səni itirəcəyimi bildiyimçün O qədər rahat idim ki O gün gəldi çatdı, itirdim Məni bir daha sən axtarmadın ki İki yer boş qaldı hər zaman Səndən sonra da çox oldu, lakin Amma kimləsə sən qədər olmadı Nə mümkündür axı unutmaq ilki? İl kimi gəlir indi hər günüm Nə etsəm belə, mən öyrəşə bilmədim Gör kimə görə kimi itirmisən sən? Yad kimi rəsminə söykənir əllərim Hər gülü dərmədim ki, yar bağında Sənə tay olan başqa birini tapmayım Bir neçə qurtum sevgi, bir az sən Bir neçə mahnı da kədərini saxlayır Bir gecə ağılda səs-küyün ağlayır Otağım darmadağın, boş külqabı İçkili halda da düşünmürəm səni Əyyaşdır bədəni, ruhu torpağın Quru bir salamdan heç nə qalmayıb O da məni sevib, amma, heç axtarmayıb Bir dəfə olsun məni yada salıb da Ağrılarımla maraqlanmayıb Ən az mən qədər sevə bilər insan Ən az sən qədər dəyişə bilər Gəl, az bir müddətim qalıb sənə çatmağa Bəlkə də yollar kəsişə bilər Ya da yuyub aparar yağış ətrini gətirən Boz küçələrdəki xatirəni Sənin də məndə bir xətrin qalıbsa O da gözlərinin xətrinədir ♪ Yazıram ağ vərəqə o gözəl gözlərindən yenə Deyiləm hisslərimdən dönən Düşürəm əllərindən yerə Ki, görən olmasın Yazıram ağ vərəqə o gözəl gözlərindən yenə Deyiləm hisslərimdən dönən Düşürəm əllərindən yerə Ki, görən olmasın Bir-birimizi bizə düşmən edərdin Bir səni isidər, minin üşüdərdim Gözdən axıb sən ürəyə düşərdin Mən tək səni yox, bizi düşünərdim Bizi üşüdərmi ki, yağan yağış Əgər əllərim üstünə çətir tutarsa? Mən sənə necə deyim ki, gəl? Necə məcbur edim səni, qəlbin onunsa?! Səndən mənə yadigar bir-iki rəsm Və başqa da heç nəyin qalmayıb Düşünmə sən mənim vaxtımı almısan Səni sevmək mənim vaxtımı almayıb Gözəl günlər də keçirmişik Neçə özəl günlərdə görüşmüşük? Biz sıradan günləri qeyd edən İki insan kimi illəri bölüşmüşük Bir gün səni gecə görərəm qoca Mənim üzüm qədər sənin əllərin qırış Yadımda bir neçə mürgülü xatirə Yanında bir körpə gözlərin tanış Silib artıq məni yaddaşından Ona doğma gəlir mənə yadlaşanlar İtirmişəm səni çoxdan, bəlkə də Tapa bilməmişəm heç ən başından Özlüyündə sən də haqqlısan Sevə bilməzdin mən kimi birini Mən səni incitməməliydim Olmamalıydın qurbanı dilimin Çəkirəm indi peşmançılığın Fayda vermədiyini bildiyim halda Heç nə olmamış kimi davranar Amma gözdən kənarda inciyib, ağlar Yazıram ağ vərəqə o gözəl gözlərindən yenə Deyiləm hisslərimdən dönən Düşürəm əllərindən yerə Ki, görən olmasın Yazıram ağ vərəqə o gözəl gözlərindən yenə Deyiləm hisslərimdən dönən Düşürəm əllərindən yerə Ki, görən olmasın