Kishore Kumar Hits

RG - Kəllə-Kəlləyə lyrics

Artist: RG

album: Kəllə-Kəlləyə


Ağıl gələr başa, Dəyəndə baş daşa.
Nə tökər bəndə aşa, Onla da qarşılaşar.
Nəfs aşar-daşar.
Aldanma qaş-daşa Ömrünü qırx ya da yüz yaşa, Düz yaşa!
Sözümə yetir nəzər, Əməl igidi bəzər.
Qurusa belə Xəzər, Şeş verməz yetimə zər.
Bu meydanın qaydası, Qorxutmasın davası.
Sözdür işin əsası, Repi və meyxanası.
Siz bu işdə sərnişin, Fikirləşmə girişim.
Yadda saxla "zloy" MC, Önündədir girişin!
Beat-lə verse-üm birləşib, Kalonkanı bas deşir.
Repimin var min leşi, "
Cinayət işi" verilişi.
Ağıl gələr başa, Dəyəndə baş daşa.
Nə tökər bəndə aşa, Onla da qarşılaşar.
Nəfs aşar-daşar.
Aldanma qaş-daşa Ömrünü qırx ya da yüz yaşa, Düz yaşa!
Həyatla "
Kəllə-Kəlləyə" vur! "
Kəllə-Kəlləyə" çıx! "
Kəllə-Kəlləyə" gəl! "
Kəllə-Kəlləyə" Deyəcəm həqiqəti lap karsa bas,
Barsım da bars salır basabas,
Bağlaya bildiyim bu neçənci kəs, Bu neçənci "as", bu neçənci tas?!
Gəl al icazəni rəisindən, Qafiyəm doludur mənim keysimdə.
Bil ki, flow seçilmir rezindən.
Repinizə mühərrik ilə benzin mən!
Gəl, səninlə bunu estafet bilək, Bizə nə bilək,
Nə pistolet gərək, Göstərək görək, söz deyək gərək.
İstərsən lap tet-a-tet dəyək.
Söz deyək gərək kəlmə-kəlməyə, Tet-a-tet gələk Kəllə-Kəlləyə!
Ağıl gələr başa, Dəyəndə baş daşa.
Nə tökər bəndə aşa, Onla da qarşılaşar.
Nəfs aşar-daşar.
Aldanma qaş-daşa Ömrünü qırx ya da yüz yaşa, Düz yaşa!
Həyatla "
Kəllə-Kəlləyə" vur! "
Kəllə-Kəlləyə" çıx! "
Kəllə-Kəlləyə" gəl! "
Kəllə-Kəlləyə"

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists