Dərdindən dəli-divanə, eşqinə mən xəstə Qəlb evimi xarabaya döndəribdir həsrət Tək yaşayan avarayam, olmamısan qismət mənə Olmamısan da mənim, əgər olmusansa qismən Gizlət sevgini, istər mənə hirslən Səni mənlər ayırdı, məni səndən, biziysə bizdən İkimiz də günahkarıq ki, çəkib içimizdə əzab Ölü kimi yaşamışıq və beləcə ölüb hislər Can candır, can yandı, amma cana yanmadı canan Mənə o lazımdır ancaq, necə ruhuma cahan Hər axşam qəm yeməyi gətirər iştaha Yenə tanrı məni təkliklə eləyər imtahan Daha ol rahat Mən sənə onsuz yad Saat dayansın, yuxuda sonsuz yat Mən röyalarda görə bilirəm onu onsuz da Yarım olsan, yarı olsaq, ola bilmərəm onsuz tam Mənə sığar iki cahan Biri can, biri canan O yalan, mən yanan Yanan o ağrılar, mən zaman İki cahan Biri can, biri canan O yalan, mən yanan Yanan o ağrılar, mən zaman Sənə yazılan sonuncu bəstəm səni səslər Səni tərslər, ruhumu bəslər nifrətim Aramıza girən kəslər, "kaş"lar Aşılar aşiqə təzədən Aldadıb onu sözlər Anladım bunu məhz mən rəsmən Edib qəsdən, gedib əsmər, amma bəs mən? Mənə düşmən düşmən nəfəsimi kəsməz Dedi, bəs nə yerə düşər-düşməz Yenə səslər salıb tərsə, gətir ərsə Qazanan o, təzədən edib sərsəm İçimizdə xəzan olub hislər İkimiz də sevgini seçə bilən həzdən danışım Otur, sənə bizdən danışım Ala gözlü iblisdən, ona inanan gicdən danışım Necə vəziyyət qarışıq Bədənimə əziyyət qarışıb Sənsə göz yaşının hər qarışını Altına gizlət balışın Mənə sığar iki cahan Biri can, biri canan O yalan, mən yanan Yanan o ağrılar, mən zaman İki cahan Biri can, biri canan O yalan, mən yanan Yanan o ağrılar, mən zaman