Kishore Kumar Hits

RG - Düşüncə lyrics

Artist: RG

album: Mini


Gücümü göstərim, verin beat mənə
Bir müddət itsəm də, yaddaşından itmərəm
Söz bitməsə bil ki, mən də bitmərəm
Və bir də feat mənə təklif etməsin o MC'lər
Hansı ki vaxtı ikən baxıblar şit mənə
Bu bullshit mənə, sənə sənət əvəzidi
Bu özümü tanıyandan bil həyat devizidi
Bürcüm tərəzidir
Odur ki, düznən düz ol
Və yaxşıynan yaxşı
Pislə pis ol, bizlə biz ol və qəlbən təmiz ol
Uymasan nəfsə, düşmərsən həbsə
Girsən də qəfəsə bir özünsən, bir zon
Hündür tavanlar alçaq olmur
Hündür olmasan da, alçaq olma
Heç kimin yanında artıq olma
Bil ki, mənliyi olanlar yaltaq olmur
İt kimi yaşama görməsin xalta boynun
Nəyim varsa hamısını karta qoydum
Ya uduzdum hər şeyi, ya bəlkə uddum
Bəlkə tutdum cash!
Həyatda bərk tutan şapalaq, nə?
Niyə isə cəmiyyət istədi ayağına qapanaq, hə?
Əl çəkin bir təhər necəsə dil taparıq, ə
Düşməyək qapana və içimizə qapanaq
Həm mənim yadımda bu otağa ilk girişim
O gündən bu günə bilirəm bu işi kişi işi!
Bu sənət salır yalançının içinə təşvişi
Və dərvişi narahat edir unudulmuş keçmişi!
Yadımda biz tutulduq deməli ağır vaxt oldu,
Yananda tez alışdılar elə bil ki kardondu
Biləndə qardaş dediyin satıb qan dondu
Anladım üç dörd nəfərik, qalan hamısı qandondu!
Mənim dilimdən söyüş ala əskik olmur,
Gördüklərim onsuz təsvir olmur, ay!
Kim deyir küçədə təhsil olmur
Yıxıldın dur vuruş, əski olma, ay!
Dediklərimin hamısı ürəkdəndi
Etdiyin hər əməl səpdiyin dəndi
Bəzən deyirsən, boğaz və kəndir
Məncə, zəiflik bildirən əməldi!
Bu qədər vədə bil inamım yox
Hər şeyin çarəsi tapılar, gedən zamanın yox,
Özgəyə gümanım yox, bəlanın ünvanı yox,
Sürdüyüm ömürdə tək mikrofona yalanım yox!
Bir biçən min ölçər
Hərəkət etməmiş, düşün öncə!
Hər zibilə düşüncə
Aparır adamı düşüncə!
Bir biçən min ölçər
Hərəkət etməmiş, düşün öncə!
Hər zibilə düşüncə
Aparır adamı düşüncə!

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists