Kimsə ürək bulandırırsa, mən sular bulandırıram Mikrofonda – "Xaç atası"! Zamanı dayandırıram! Qanlı qanunlara qan qarışanda qanım donur Qəhbəlik insanın südündə yaxud qanında olur Dövrümdə xod gedənlər dünən lox, "çurban", "kaşlyok" Fahişələrə həsr etdiyim mahnı – "Maks Korj - Мотылек" Mənə isə bir şans ver, bir daha qaytar, hocam Bu oyunan küsüb gedənlərin hər birini qaytaracağam Söz verirəm qaytaracağam hamısını, hər kəsəni Anladacağam "Leykemiya"nı, "Morfin"i, "Mədrəsə"ni Komadakı insan barmağını tərpətmədi zəlil olarsan Bir saat mənim kimi düşünsən, suka, dəli olarsan Səsim iyrənc və lakin yayılır bəla kimi Lərzəyə salır, gəlir evlərə vəba kimi Olmamışam ateist, nə də deyiləm hafiz-i Quran Mənim Kəbəm Azərbaycan, mənim dinim Turan! ♪ O qədər mövzülarım var ki, oxusam, dastan olar Karabin yazmasa, nə olar? Əşi, yazsa, nə olar!? Soyuq zirzəmilərlə bəzənmiş küçələrimiz var Yazırdım ki, əsl intiharlıq gecələrimiz var Yazırdım morqdakı meyidlərin nəfəssizliyindən Ölülərlə dolu ölkədə dirilərin səssizliyindən Yazanlar sussa, da yazacağam az rap, bir az Ona görə də hər ayın 13-ü Azrapə keçirəm "masterclass" (Ya! Karabin) (Xalis Xan) (Müharibə davam edir!) (2017) ("AfterMad" Records)