Həyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır