Cavab yazıram "SMS"inə, bezirəm Gecə çıxıb küçələrimizi gəzirəm Yandırıb otu suda əzirəm Sən məni yox, mən səni üzürəm Biz hamısını bilə-bilə Sevişəcəyimiz hər dəqiqədə belə Çək, otağın rəsminə məni İç, dodaqlarımızı təslim edərik Bilirsən sən, yox axı ədəbim Ol həyatıma qonağım əbədi Qolbağım əlin və ortağım yəni Sən mənlə öl və torpağı ərit Bircə gülümsəmən məni devirər Bir dəfə dedim "səni sevirəm" İndisə qayıdıram əsl evimə Saçın işıq saçar bənövşələrdə Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə Saçın işıq saçar bənövşələrdə Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə Bənövşələrdə, qaçan yad ölkələrdən bir-birimizə (ey-ey) Bir-birimizə (Ey) Daha çoxdur kimin hünəri Tərsləyib bir-birimizi hər il Ayrılıb-barışıb yada salırıq dünəni Bəs biz nə zaman sevinərik? "Babe", gəl, gözümün içinə bax Başlayırıq neçədə və nə vaxt? Sevgimizin artığını qaba tökək, ataq Bəlkə, bu gün, bəlkə, sabah Saçın işıq saçar bənövşələrdə Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə Saçın işıq saçar bənövşələrdə Bizik sanki qaçan yad ölkələrdən Bir-birimizə