Kishore Kumar Hits

RZZA - The Game lyrics

Artist: RZZA

album: The Game


Rzza musiqisiylə get-gedə çevrilir ulduza bax
Qazanır uğuru beləcə illərini həyata uduzaraq
Mən satılmaram heç vaxt
Deyiləm axı mən ucuz adam (ucuz adam)
Deyiləm (ucuz adam)
Deyiləm (ucuz adam)
Sadəcə olaraq ev kimidi dünya sadəcə qonağam ey
Sadəcə onlara deyin, adicə sorağa meyl salacaq heyif
Onlar qan içən heyf, dar küçə deyil
Buraları gecə seyr et, duaları necə save edir, mama i'm a
Səsim ilə necə başa salıram özümü
Sözün düzülüşü özü qamma, qamma
Bunu yazıram amma salam pulun dövrü çatır
Həyatımın içi zibil necə Şeyho Karma'dan
Rapin özündən uzağam amma
Şahdamarından da yaxınam içinə neçə
Yarımada var ki, mənə bağlı amma
Özü yaradıb rapini neçə travmadan
Qıraq adamlardı bax
Yaxın olmaq ehtimalı belə hələ yox
Daxılı çəkib alıb pulu səpələ önəmi yo
Bəli mənəm o, tələb edən olmaq
Əsas oğlan ol formal ol fərqi yox yaradıram tornado
Gözünü doyur, əsası dözümüm olub
Mən elə vururam inanmıram ki, qorunar o
Təksən sən, bunu bilə-bilə çək dərd-sər
Bütün olanları unudana qədər
Aludəçi olanacan iç, çək, sərsəm
Yox, yol yox zamana buraxmağı bacar
Yox, yol yox zamana buraxmağı bacar ey
Təksən sən, bunu bilə bilə çək dərd-sər
Bütün olanları unudana qədər
Aludəçi olanacan iç, çək, sərsəm
Yox, yol yox zamana buraxmağı bacar
Yox, yol yox zamana buraxmağı bacar ey
Şirkətlərdən təklif, başa düşürlər ki, RZZA möcüzədi, təkdi
Şirkətlərdədi şəklim, başa düşürlər ki, RZZA möcüzədi, təkdi
Uzat o vərəqi yox vəklim, təklim
Ala bilməzsən fərdi ev, fərqli deyim
Dəbli geyim, amma dərdli beyin, gəl fərqin deyim
Mənim içimə dolan bu istedadı
Gün üzünə çıxa biləcək günü gözlədim a
Mən özümə qapalı biri
Bir ili plan elədim hamının mənə çönür gözləri a
Necə başa sala bilərəm onu düşünüb önümə qoyuram
Olanı bitəni heçə sayma
Mənim vecimə deyildi zamanın axarı
Yuxarı baxan adamam amma dözmədi vaxt
Axmaqlardadı taxt, ya ucada hamıdan uzaq qalıb ya da ki
Səhnələri dağıdıb pulu alıb bahalı saat tax
Olub oliqarx, gizlin bir milyon pullarla dolub daxmam
Bir milyon pullardan olub axmaq da
Oyunun yenidən içindəyəm, oyunu quran elə özüməm
Oyunun yenidən içindəyəm, oyunu quran elə özüməm
Seçimlər hərdən olur
Hər əldə olunan dəyəri gözümdə böyütmürəm, yox
Oyunun yenidən içindəyəm
Mən oyunun yenidən içindəyəm, oyunu quran elə özüməm
Oyunun yenidən içindəyəm, oyunu quran elə özüməm
Seçimlər hərdən olur
Hər əldə olunan dəyəri gözümdə böyütmürəm, yox
Oyunun yenidən içindəyəm mən

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists