Məni anlaya bilmir bu yeni nəsillər
Hələ də öyrənə bilmirlər ki, neyləsinlər
O qədər problemlər oldu ki, repə həvəssizəm
Amma səsimi eşitdikcə anlayırlar əvəzsizəm
Açıldı yollar, gəl mənə tərəf hələ
Qaçarsa yorular, kim məni hədəf bilər
Üstün üsullar, tüstü və qullam
Üstümə pullar səpilsin həmən gecə
Getmə dedim, getməyin məhv edir
Hökmən dedim, getməyin məhv edir
Qaçıb getmə, məni vacib et və
Bitdi hər şey – dedi, dedim - sakit, getmə
Çək mənim yanımda, iç mənim yanımda
Tək mənimlə etməsən, keçmə heç yanımdan
Tək mənim qanımdasan, tək mənim canımda
Məskənin adımdırsa, seç məni yanında
Çək mənim yanımda, iç mənim yanımda
Tək mənimlə etməsən, keçmə heç yanımdan
Tək mənim qanımdasan, tək mənim canımda
Məskənin adımdırsa, seç məni yanında
Yaradılıb istedad, bədənimin istəyi var
Hər şey səhv gedir, axı planların düz nəyi var?
Bir göz süzməyi var, gecələr üzməyi var
Hazır olana nazir idim, etmişəm istefa
Uzağıq biz nəyi var, qəlbinin bəs nəyi var?
Xəzərin intihar hissiylə külək dəstəyi var
Qəribə əsməyi var, nəfəsimi kəsməyi var
Eləmə deməklə deyil, çün onun istəyi var
Olsun ulduz işığı, səmadaysa tək sən, mən
Planet razıdır, amma ki, yoxsan hərçənd sən
Elə düz mərkəzdə, qucaqla bərk, bərk, bərk
Keçmiş yadına düşsə, səhərə qədər çək, çək, çək, çək
Çək mənim yanımda, iç mənim yanımda
Tək mənimlə etməsən, keçmə heç yanımdan
Tək mənim qanımdasan, tək mənim canımda
Məskənin adımdırsa, seç məni yanında
Çək mənim yanımda, iç mənim yanımda
Tək mənimlə etməsən, keçmə heç yanımdan
Tək mənim qanımdasan, tək mənim canımda
Məskənin adımdırsa, seç məni yanında
Поcмотреть все песни артиста