(Bəlkə də nə vaxtsa) Qəlbimiz axmağın birini seçər Boş ver, olanları unudub keçək Yuxuda sayıqlayım, bitməsin gecə Vodka'nı göz yaşıyla qarışdırıb içək Ölürük, bu deyil ki dəlilik Anladım ki, ikimiz də dəliyik Bir aralar dünyam olmuşdun Sevgimiz buzdur amma dünyamız əriyir Ətrini ot kimi doldurub çəkirəm (Artıq çox gecdir) Səmada ulduzlarla şəklini çəkirəm (Bəlkə də nə vaxtsa) Ayrılıq acıdır, onu bu gecə mən çəkirəm Qorxub da geriyə deyiləm mən çəkilən Heç kimi tanımaq istəmirəm Çünki qəlbimə girənlər qonaq olmasın Ürəyimdən güzgünü söküb atdım ki Bir də onu gəlib qıran olmasın Uduzan bu sevgidə bizim kimilərdir Sayımız həmişə artıb Bir zaman eləmərəm dediyimiz hər şeyi Baxırsan ki, dostum, eləmişik artıq Bakı kimi yorğun və dərd dolusan (Artıq çox gecdir) Şam kimi əriyib də məhv olursan (Bəlkə də nə vaxtsa) Getməliyəm artıq, məni yola sal (Çox utanırsan) Qəlbimə gedən bu gün hər yol sən Tək yatır, oyanır o səhər mənlə Sevgi şərab kimidir, çalış zəhərlənmə Sənə olan sevgimi bitirdim Mən səni yox, sən məni itirdin Keçirdik onunla xeyli yaxşı vaxt Sevgimi görmürsənsə, gözümə yaxşı bax Hahahaha görüşərik nə vaxtsa, özünə yaxşı bax Sevgimiz köhnəlib, götür onu təzələ (Artıq çox gecdir) Çatmırıq limana, gecikirik tez elə (Gəmi ordadır) Yanıb sönür bizim üçün mayak bütün gecələr (Bəlkə də nə vaxtsa) İçimdəki uşağı mən atmışam Xəzər'ə Sərxoşam hər gün, hər gecə (Artıq çox gecdir) Bağlandım mən sənə necə? Boş ver hər şeyi, gəl içək (Bəlkə də nə vaxtsa) Yaralar zamanla keçər Sərxoşam hər gün, hər gecə Bağlandım mən sənə necə? Boş ver hər şeyi, gəl içək Yaralar zamanla keçər Yaralar zamanla keçər Yaralar zamanla keçər Yaralar zamanla keçər