Həyatımı qurmuşam uçurumda Yıxılıb düşən əlbət bir adam var Dayanmışam hədəfin bir ucunda Zirvəyə çatmağa bir addım var Tək gedirəm bu yolu, yol uzun daha Məni düşünən əlbət bir adam var Bir üzüm yazdır, bir üzüm də bahar Səni düşünən əlbət bir adam var Bir zaman bir mələk varmış Uçub-uçub göylərə dalmış Qanadını sındırıb yaradanım Söküb onun qəlbini almış Dünyamız bir olsun deyə Quyuya çoxu qəpik atarmış Hərənin öz payı və öz tayı Su axıb öz yolunu taparmış Zəhərli biridir o, sürünə bilir Yolun yoxdur, ürəyini götür ona aç Paltarını dəyişir o gününə birin Kral edib qoymusunuz başına da tac Bir bağın içində iki bağban Qarınları tox, amma gözləri ac Bağın sahibi baxır eyvandan Sənin olmayanı yedinsə, gözləmə qaç Həyatımı qurmuşam uçurumda Yıxılıb düşən əlbət bir adam var Dayanmışam hədəfin bir ucunda Zirvəyə çatmağa bir addım var Tək gedirəm bu yolu, yol uzun daha Məni düşünən əlbət bir adam var Bir üzüm yazdır, bir üzüm də bahar Səni düşünən əlbət bir adam var Açarı məndədir bu gün cənnətin Götürmüşəm Adəmdən xəlvəti Çox istədilər onu, mən vermədim Gözlədim, gələrsən, amma gəlmədin Gəlmişdim səni görüm, görmədim Həyatımdakı yeganə sərvətim Başqasının ümidini dər, gətir Hamı dadacaq ayrılıq şərbətini Üç tərəfim də bağlı bir küçədə Başımın üstündə tək pəncərə Hara qaçsam da, bilirəm görürsən Atdığım hər addımı öncədən Hədəfini iplə bağla, dart aşağı Yolum ay işığıdır axşam çağı Bulud gözlərindən yağış yağır Deyə düşür yollarıma göy qurşağı Həyatımı qurmuşam uçurumda Yıxılıb düşən əlbət bir adam var Dayanmışam hədəfin bir ucunda Zirvəyə çatmağa bir addım var Tək gedirəm bu yolu, yol uzun daha Məni düşünən əlbət bir adam var Bir üzüm yazdır, bir üzüm də bahar Səni düşünən əlbət bir adam var