Xəyalında dönəndə qadın uşaqlıq illərinə Yada salanda yeniyetməlik cizgilərini Balaca otaqda böyük dünya haqda planları Həmin otaqda "öldülər" məhv edib qalanların Hər dəfə çalışır sinfini xatırlasın Yox mənası - məktəb üzü görməyən qızı Tez ərə verməyi düşünmüşdür atası Çünki yeni qudanın pulunu kəsməzdi baltası Evin darvazası önündə kənd küçəsi Torpağa batmış daşlar, arx, toyuq-cücəsi Əyri-üyrü çəpər, sanki saçlar darağında Keçən məktəblilərə baxardı yol qırağında On altı yaşı tamam olanda ona verdilər xəbəri Sən demə, elçi göndərib ər olmaq istəyən biri Razılıq verilib Onda bilmirdi ki, ata Hər şeyi öncədən bilib onu göndərib əməliyyata Həyat bunlardan gözəldir Zaman hər şeyi düzəldir Yaranı sarı işığa sarı Ağrıları qov, izləri qalır Həyat bunlardan gözəldir Zaman hər şeyi düzəldir Yaranı sarı işığa sarı Ağrıları qov, izləri qalır Unutmaq istədiyi gün Həyatı, cinsini, gücsüzlüyünü pislədiyi gün Zəiflik hiss elədiyi gün O axşam ana qalırdı qohum evində Və o gün atanın etdiyi iz buraxdı dərində "Ata nə edirsən, axı bu mənəm, sənin qızın!" Daha heç nə söyləmədi, çün yumuldu ağzı Sonra kişi getdi, qız səhərə kimi titrədi Balaca otağında dəfn olunmaq, basdırılmaq istədi Anası bilsə də, susdu Ana bilməməzliyi Ata qorxusundan heç kəs pozmurdu səssizliyi Bir gün səhər anası onu durğuzdu tezdən Həkimlə görüşməli, olmalıdırlar mərkəzdə Həkimə gələndə bilmişdi qız bunların mənasın Atası istəmişdi qızın bakirəliyinin bərpasın "Niyəsi" elçi göndərən yeni "yiyəsi" İlk dəfə toy günü görəcəyi oğlana ərə gedəsi qız Həyat bunlardan gözəldir Zaman hər şeyi düzəldir Yaranı sarı işığa sarı Ağrıları qov, izləri qalır Həyat bunlardan gözəldir Zaman hər şeyi düzəldir Yaranı sarı işığa sarı Ağrıları qov, izləri qalır Bilirdi gəlin getdiyi evə fəhlə, kölədir Ana, xala, bibi üçün belə olubsa, bu belədir "Süpürgə olmalı" xalq dili ilə desək Qayınana burnuna toz, ayağına dəyməsin kəsək Bu günə kimi tanımadığının dözməli kaprizinə Vərdiş olmalı gecə içkili dönüşə, sürprizinə Əmr, göstəriş, tələblərə qulluq qonaq gələnlərə İradlar - ona "savadsız" deyib danışırdılar savaddan Bir gün sabahdan hay düşdü evə "Doqquz aydır qalmır hamilə, saxlayırlar nə naminə?" Yeni "ailəsi" üçün lazımsız əşyaya çöndü Sonra bildi - o gün azad olduğu gündür Dönmədi ata evinə, xalaqızı qalırdı paytaxtda O hər şeyi yığıb çıxır yola Elə o vaxtdan Qadın ancaq xəyallarında dönür bura Qəfəsdən qurtulan bir daha qayıtmaz dəmir tora Həyat, doğrudan, gözəldir Zaman hər şeyi düzəldir Yaranı sarı işığa sarı Ağrıları qov, izləri qalır Zorakılığa təslim olma Zorakılığa səssiz durma Yaranı sarı işığa sarı Özünə inam işin açarı