Bu... Bu, musiqidir Bunu izah etmək olmur Bu, sadəcə, musiqidir Getdik, ah Heç kəs lazım deyil, qapını bağlamışam Daha sınama məni, həyat, ağıllanmışam Görünən odur deyən çox yandım odunda Fərqli qadınlar, pul-imkan badına Mənimsə imdadıma çatanın bir adı var O həmişəlikdir, sonu yoxdur, ardı var O şəffaf olsa da, elə bil ki, nərdivan Musiqidir adı - canlanır hər divar Tək qalanda depressiya alanda ağuşuna Dərd qanadları bitişəndə tale quşuna Cansız butulka boşalıb alanda huşumu Səslənən notun titrəyişindən dağılışırlar Məndən soruşma necə, axı bu şüuraltı Eşitdin, əks etdi ifadə, sözlər zühur oldu Döl, rüşeym, insan Ruh baş-beyin təması Hər ömür yeni mövzu, hər ömür yeni timsal Əvvəlin görmür, sonrasın görmür Əlləri yoxdur, tarazı birmi bunun? İzahını axtar, izahı var altda Mənası sabit, mənası birmi bunun? Boşluq Qaranlıq Səssizlik Çarəsiz Qərar qəbulundan yorğun beyin idarəsi Cavabdehliyi qarğış kimi görən bir bəndə Özü özünü anlamır deyə, özü özünə düşməndir Hər şeyin "niyəsi" olmur Hər şeyi tərəziyə qoyma! Hər şeydə yox "işarə" Hər qərarı tələsik alma Hər qiymətdə axtarma ədalət balansını Zərif çatı düzəldən yerdə birdən hər şey tamam sınır! Çökən divardır, amma bünövrə sağ qalır Bunu anlamayan illərlə sarar yaraya sarğını İtirib marağını sülənir qaranlıq dəhlizdə Elə bil fərqli sahilləri dolanıb bir dənizdə Bu zaman musiqi dalğası qaldırır ərşə Ləpələrin qoynunda buludlarla görüşüb Xilaskarın karına çatır, sanki "Arazbarı"nı Üzeyir yazıb verir sənə ömürlük könül yarını! Əvvəlin görmür, sonrasın görmür Əlləri yoxdur, tarazı birmi bunun? İzahını axtar, izahı var altda Mənası sabit, mənası birmi bunun? Mənası birmi bunun?