Həyat acıdır, demə, boş şey Bu acının içində səni sevmək var Sən güləndə keyfim açılır Bu keyfə acıdan geri dönmək var Hər şey bir-birinə bağlı Hisslər incidir ağlı Xəyallar elə bir dağdır Mum kimi susduqca, qum kimi dağılır Səndən bir müddət ayrı qalmaq İstəmirəm, inan, heç vaxt Çəkmə sinəmə Sina dağ Sevməkdir insana inanmaq Səndən bir müddət ayrı qalmaq belə Dərdlər oldu nargilə Çox çəkdim sənsiz çilə Döndərmə qəlbi qatilə Oğruyam Gəlmişəm bu dünyadan səni oğrayam Gəlmişəm ki, səhvləri bir-bir doğrayam Çəkə-çəkə o göz yaşları sorğuya Düşmə qorxuya Çünki doğruyam Gəlmişəm bu dünyadan səni oğrayam Gəlmişəm ki, səhvləri bir-bir doğrayam Çəkə-çəkə o göz yaşları sorğuya Qorxma, yanındayam Var olmaqdan qorxmusanmı heç? Yox olmaqdan qorxduğun kimi Qarışdı suyla yoxluğun kimi Yoğurdun yoxluğu, yoxluq un kimi Özünü yorma məni yorduğun kimi Olan olub, sən də ol olduğun kimi Olduğu kimi heç bir mahnı oxumadım Gözlərindən ayrılığı oxuduğum kimi Dünyam ol, röyalardan oyanaq, gerçək ol Xülyalardan ayılaq təkcə yol Söz dünyadırsa, şeir yazmaq şair olmaqdırsa, məncə, yox Səmalarım vadi Səbalarım badi Gələr qeyri-adi Bu ürək sevmək üçün hər şeyə qadir Yaradılanı sev Yaradana xatir Oğruyam Gəlmişəm bu dünyadan səni oğrayam Gəlmişəm ki, səhvləri bir-bir doğrayam Çəkə-çəkə o göz yaşları sorğuya Düşmə qorxuya Çünki doğruyam Gəlmişəm bu dünyadan səni oğrayam Gəlmişəm ki, səhvləri bir-bir doğrayam Çəkə-çəkə o göz yaşları sorğuya Qorxma, yanındayam