Dedilər, geri addım at Dedim, üstümüzə yerin altı yad Yüksəldikcə qalır eqomuz dala Çünki yaşamaq belə daha rahat U-u-u-u, Yüksəyə doğru U-u-u-u, Yüksəyə doğru Belə daha rahat Belə daha rahat Belə daha rahat Yüksəyə doğru Göstər etiqad, hörmət, etibar Maddiyyata gedişat (hah) "Helicopter drop" Çəki, saxla ad Ya çəkil dur qıraqda Mənim kimi yerimə Çəkmələrin saxta Bahalı geyimlərin verir səni yola Zövqlü görünürəm deyə dönüb olur moda Nə zərərdir bax, o da salır səni xoda Bu nə eqodur? Tanımıram səni sonra Dünya alır verdiyini, Yerdə qalır hər etdiyin Göydən alıb enerjini, gözləmirəm qeyrisini Gözləyim gərək həddimi, itirməyim qədərini Halal odur mənim üçün qaytarmayım yediyimi Dedilər, geri addım at Dedim, üstümüzə yerin altı yad Yüksəldikcə qalır eqomuz dala Çünki yaşamaq belə daha rahat U-u-u-u, Yüksəyə doğru U-u-u-u, Yüksəyə doğru Belə daha rahat Belə daha rahat Belə daha rahat Yüksəyə doğru Pis qədər yoxdur, pis qədəh var Şansın yoxdursa, risk edən var Biz qədər yoxdu dizə qədər batan Harda idin biz risk edən vaxt? Yer tapıb tez gizlənib, qaç Hirslisən, çünki hislərin ac Səmimiyyəti dondurub çeviririk buza Bizim üçün yeni bir viskidən aç Sən, mən olmaq istərsən Buna imkan verməz yaşadığın həyat bax Biz illərin adamı, repə illəri adadıq Yaşadıq nələr bax Mən mənfidə idim, anam deyirdi düzələr, oğul Heç kimi sevməyib küçələr, oğul Qalxıram ona görə yüksəyə doğru Yüksəyə doğru Yüksəyə doğru Belə daha rahat Belə daha rahat Belə daha rahat Yüksəyə doğru