Kishore Kumar Hits

Saybu Swag - İçdim Şərab lyrics

Artist: Saybu Swag

album: İçdim Şərab


İçdim şərab, halım xarab, bağrım kabab
Sinəm xəzinə, təbim sığmaz saxsı qaba
Canım yanar, yanılaram, yanıltmaram
Mən boş tütəyəm, Tanrı üfürə, səs çıxaram
Mən tərs insanam, hər bir səhvdən dərs çıxaran
Dərk etmişəm, sabah yoxam, bu gün varam
Sənət hara, şöhrət hara, pul, güc hara?
Kainata dairə vurub dövr elədim ulduzlara
Zərəri çox olanın sənəti yox
Səbəbi çox, tutur hərə bir yol
Kimin imanı çox, ölçü, tərəzi yox
Kimin inadı çox, hədəfə tələsir o

İçdim şərab, halım xarab, bağrım kabab
Sinəm xəzinə, təbim sığmaz saxsı qaba
Canım yanar, yanılaram, yanıltmaram
Mən boş tütəyəm, Tanrı üfürə, səs çıxaram
Düşmüşəm elə bir sehrə, çıxmaq olmur
Çıxmışam elə bir seyrə, düşmək olmur
Bu o düşmək deyil, çıxıb düşmək pilləkəni
Başa düşən düşür səssiz, düşməyənlər dilə gəlir
Qərq olduğum dənizin dönüb oldum dalğası
Könül verməyəndən sonra çətin ağıl alası
Ağı-qarası, həyatın ağır havası
Sözümün canı olur məna və avazı
Düzü haradan götürmüsünüz qoyun yerinə
Düzü, qoymusunuz bizi qoyun yerinə
Yaxşını götürüblər, pisi qoyub yerinə
Pisi qoyub yerinə, izi qoyub gedirəm

İçdim şərab, halım xarab, bağrım kabab
Sinəm xəzinə, təbim sığmaz saxsı qaba
Canım yanar, yanılaram, yanıltmaram
Mən boş tütəyəm, tanrı üfürə, səs çıxaram

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists