Tək adamın yeri deyil gecələr, gecələr Tək qalanın evi kimidi gecələr, gecələr Tək adamın yeri deyil gecələr, gecələr Tək qalanın evi kimidi gecələr, gecələr Bizi şəhvət ayırır Bizi tərpət ayılaq Sevgi sərvət sayılır Çalışaq hisləri ayıraq Ol gecəm gündüzüm Təklik sıxıcı O keçən gündüzü Mənsiz keçirib Hələ gecələri demirəm Ən sevdiyin nəğmələr Məni xatırladar sənə Səni xatırladar mənə Necə gecələri sevirəm Göz önündə səhnələr Səni xatırladan sənə Məni xatıradan mənə Mən çəkirəm yaşıl, gözlərini Sənin rəssamınam Bilirəm ən zəif yerini Sənin həssasınam Tək adamın yeri deyil gecələr, gecələr Tək qalanın evi kimidi gecələr, gecələr Tək adamın yeri deyil gecələr, gecələr Tək qalanın evi kimidi gecələr, gecələr Soyuqluğun bəyaz rəngdədi Gözlərin hər an zəngdədi Sən sahibsiz Gecələrə sığınan Mən aşaraq özümü Sənə sığıram Yenə yığıram açmırsan Yalnızlıq tək qalmısan Hədd aşmısan həb atmısan Ağ divarda rəng tapmısan Yağış səs salır danışır sevgilim Tanış rəssamın Dağınıq evi kimi Saçların hecalanır adın Hər gecə sənsizəm mən necə bilsən Mən çəkirəm yaşıl, gözlərini Sənin rəssamınam Bilirəm ən zəif yerini Sənin həssasınam