Mənasız, dağınıq, parça-parça səhifələr Yarımçıq bitmədən tükənmiş boş kəlmələr Unudulmuş beynimdəki ən zərif zərrələr Yaşanmış, yaşanmadan bitsəydi o zirvələr Sən yoxsan... Titrəyən əllərin o ürkək duyğularla Parçalar daşların qəlbimin dalğalarla Yalvarır dizin-dizin, sürünüb arzularla Gülümsə, təbəssümün üsyanım qara torpağa Sən yoxsan, sən yoxsan... İtirdim beynimin zülmət qaranlığında Əks oldun kirlənmiş köhnə divarlarımda Qocaldım, sərxoşdun Düşmədin, quruyub qaldın budaqlarımda Pozulmuş sətir kimi ömür varaqlarımdan gecikdin, mən yoxdum